Doğuşdan bir həftə sonra çağa güclü səsə və ya gurultuya reaksiya verir. Bir neçe aydan sonra körpə anasının səsini tanıyır, dörd aydan sonra isə öz adını bilir. Əgər uşaq bərk hay-küyə reaksiya vermirsə, belə güman etmək olar ki, onu eşitmə ilə bağlı nəsə problemi var. Uşaq təxminən üç yaşına kimi böyüklərin gündəlik həyatda işlətdiyi sözlərin bir çoxunu öyrənir, ona görə bu erkən illər-eşitmə ilə bağlı hansısa qüsurları olan balacalara müxtəlif sözləri öyrətməyin ən münasib zamanıdır. Hər şeydən öncə guya onlar onsuz da heç nə eşitmir deyib, uşaqları səsdən izole etməkdən yayınmaq lazımdır. Hətta tamamilə kar uşağın eşitməyə qabil olmaması, həqiqət deyil. Əgər uşaq daima səsləri dinləsə, onda eşitmə qabiliyyəti inkişaf edəcək.