Villi əvvəllər tanınmış amerikan futbolçusu indilərdə isə Anderson onkoloji xəstəxanasında xidmətçi personalıdır. Ailəsi ilə yaşadığı sıxıntılar onun futboldan ayrılmasına, insanlara güvənməməsinə və içinə qapanıq biri olmağına səbəb olmuşdur. Bir gün Anderson xəstəxanasının mələklər şöbəsinə gələn Livanlı Visam ilə tanışmağı bütün həyatını dəyişdirir. Xərçəng xəstəsi olan Visam yaşadığı bütün çətinliklərə baxmayaraq həyat dolu və ətrafına xoşbəxtlik saçan bir gəncdir. Kitabda ailə münasibətləri, dostluq, inanc o qədər gözəl qələmə alınıb ki, tək kəliməylə möhtəşəmdi. Eyni zamanda Villi və Visamın ailələrinin də hekayəsini oxuyuruq. Əsasən də Visamın ailəsinin hekayəsini oxuyarkən qəlbim parçalandı. Kitabda həmçinin Con Braun, Angerran de Marini, Mariya Antuannetta və s. kimi tanınmış şəxslər haqqında məlumat, Saydanın tarixi və bir çox maarifləndirici hədislərə də yer verilib. Fərqli aspektlərdən baxacağımız və həyatı sorğulayacağımız ümid dolu bir hekayə.. Visam ruhumda çiçək açdıran o qədər möhtəşəm bir personajdır ki, mənim nəinki qəlbimdə hər zaman ruhumda da yaşayacaq. · ⋆