Öz eleştiri
Hatalarından ders alır mısın? A. arada bir B. her zaman C. hiçbir zaman almam D. kafama göre yaşarım
"Kes kopyala yapıştır havasında yaşıyoruz. İnsanoğlu hep birilerine özenir. Kendi yüreğindeki, beynindeki cevheri görmez, başkalarının demirini altın sanır. Başkasına gıpta eder ve başkası gibi olmaya çalışır. Başkası gibi olmaya çalıştıkça da kendi öz değerlerini, yeteneklerine zarar verir. İnsan yaşlandığı için durağanlaşmaz aslında, durağanlaştığı için yaşlanır."
Reklam
Olur da, insanıq. Bir də görürsən, kimsə kiməsə sual verir ki, sevgi sənin üçün nədir? Dünyanın ən sadə, amma ən çətin, cavabsız sualıdır. Necə yəni mənim üçün nədir? Özü də, sevgi. Mən nə bilim nədir? Bilsəm, heç sevərəm? Mənə elə gəlir, sevginin ən yaxşı, ən rahat, uyğun cavablarından da biri budur: Bilməmək. Dərk etməmək, haqqında danışa bilməmək. Belə olanda, hisslər daha ülvi, daha təmiz olur. Məsələn, uşaqlıq sevgisi kimi. Uşaq vaxtı məktəbdə, məhəllədə-filan birini sevirsən, aydın məsələdir ki, o da alınmır. Sonra böyüyürsən, hisslərinin bakirəliyi pozulur, kədərə hamilə qalırsan, az-çox sevgi deyilən məfhum anlaşılır və bir də heç vaxt o cür təmiz sevə bilmirsən, həyəcanlanmırsan. Sevgi bilinməyəndə gözəldir. Mənə elə gəlir, kimsə bunun nə olduğunu bilsə, sevməz. Adam da öz hisslərinə tərif verərmi? Buna cavab vermək savada, dünya görüşünə də baxmır. Ümumiyyətlə, dünyanın heç yerində, heç kim bilmir ki, bu nə olan şeydir, amma hamı danışır. Ürəyi olan sevir, ağzı olan danışır. Qəribədir. Elə sevgi kimi.
Azərbaycan taksi sürücüsünün müsəlman olması və öz ağlınca siyasətdən baş çıxarması iki ən vacib xüsusiyyətdir. Son illər ucuz taksi şirkətləri fəaliyyətə başlayandan sonra sürücülərin menyusuna daha bir ciddi mövzu da əlavə olunub. Bilmirsən necə olur, bir də görürsən sürücü təxminən belə bir şey deyir: - Bu taksi şirkətləri çıxandan biz də qəpik-quruşa işləyirik. O gün “Azneft”dən "Nərimanov" metrosuna adam aparmışam, 3 manat 55 qəpiyə. Əvvəl o yolu 10 manatdan aşağı getmirdim. Ta sən də deyə bilmirsən ki, ay dayı, indi ucuz aparmırsan e, o vaxt çox baha aparırdın, ona görə indi elə bilirsən ki, çox ucuz aparırsan. Hələ istəyirsən deyəsən ki, ay dayı, o vaxt “Azneft”dən "Nərimanov" metrosuna 10 manata adam aparanda utanmırdın? İstəyirsən deyəsən ki, yəqin o vaxt müsəlman olmamısan.
Sözün neyse Öz'ün odur
Yeni şeir... adını siz qoyun))
Çalış sənin doğruluq olsun yolun , Boş sözə bel bağlamağa nə var ki? Məharət deyil, insanı aldatmaq, Öz quyuna yıxılmağa nə var ki? Öz duyğunu gizlətmə sən heç kəsdən, Yalan yerə təbəssümə nə var ki? Gülən üzün saxtasından qorun sən, Arxasından danışmağa nə var ki? Qoyma sən özünü dağın başına, Həmin dağdan düşməyinə nə var ki? Bərabər tut sən özünü hərkəslə, Pisliklərlə fərqlənməyə nə var ki? ~Şükürova Rüqəyya
Reklam
Geri199
1,000 öğeden 991 ile 1,000 arasındakiler gösteriliyor.