1-10 oktyabrda Bakı İdman Sarayında (Keçmiş Əl Oyunları Sarayı) Milli Kitab Satış Sərgisi (ilk dəfə naşirlərin müstəqil təşkil etdiyi) keçiriləcək.
Yarmarkada artıq Azərbaycan kitab çapında brend olan Alatoran yayınları bütün kitabları 50% endirimlə satışa çıxarıb.
Sərgidə 50 000-dən çox kitabı 30 %-dən başlayan endirimlərlə əldə edə biləcəksiniz.
Eyni zamanda, ikinci əl kitabların satışı da həyata keçiriləcək.
Həmçinin, tədbir çərçivəsində mədəniyyətin fərqli sahələri ilə bağlı müzakirələr, yazarlarla görüşlər, poeziya və qiraət saatları təşkil olunacaq.
Mənim favoritim "Alatoran" yayınlarıdır və sərginin son gününədək Alatoran stand'indəyəm