Kitab, günümüzün bir çox problemli məsələlərini Quran-i Kərim ayələri ilə, hədis-i şəriflərlə izah edən bir qayda kitabıdır deyə bilərik. İncidənlər-incinənlər, axtarmaq və ya səhv başa düşülmək, qiymət bilib bilməmək, yaxşılığa qarşılıq vermək, yaxşılığa yaxşılıqla və ya pisliklə qarşılıq vermək, yardım etməkdən qocunmaq, pis zamanlarda dostların yanında olmaması, sözünü yerinə gətirmək, söz vermək, gecikmək, borcu ödəməmək, qohumlarla münasibət, vəfalı olmaq , valideyn-müəllim(ə)-şagird münasibətləri, yalan danışmaq, xəyanət etmək, iftira atmaq və bura yazıb sığdıra bilmədiyim nicə mövzular var. Kitabı başucu kitabı elan etdim. Sıxıldığım hər an açıb-açıb xətlədiyim yerləri oxuyur, Allahın ayələrini daha da aydın başa düşürəm. Bu kitaba Quran-i Kərimin ixtisarlı, mini təfsiri də deyə bilərik. Təhlili sevdiyim iki replika ilə yekunlaşdırmaq istəyirəm. • Hz. Peyğəmbərin (sav) kürəkəni və qardaşı oğlu Hz.Əlini (r.a) çox sevməsinin hikməti ona soruşulduğunda könül sındırmamağı, yaxşılıqdan əl çəkməməyi öyrənir insan.