Hər kəsə tövsiyyə edə bilməyəcəyim bir əsər...Nəyə görə çünki elə də axıcı deyil qarışıqdır. Anlamaq üçün kitabı sona kimi diqqətlə oxuyub analiz etmək lazımdır.
Kitabı oxumağa başlamaq səbəbim onun mövzusu oldu. Ancaq yarı hissəyə qədər mən heçnə anlamırdım. Dili çox çətin idi, dialoqların bir biri ilə iç içə qarışıq şəkildə olması insanı yorur. Son səhifələri oxuyana qədər kitab haqqında tək yaxşı düşüncəm mövzusu idi. Yazıçı burada ölümün yox olması üzərindən din və siyasət mövzularına toxunur. Saramago sözünü birbaşa deməkdən çəkinməyən biri olmuşdur və əsərlərində də bunu görürürük. Bunun üçün həmişə həyatında problemlər yaşayıb. Ölümdən əvvəl və ölüm dayanandan sonrakı həyat arasında kəskin dəyişikliklər yaşandı ancaq eyni zamanda dəyişməyən şeylər də oldu; dövlətin ədalətsizliyi, insanların ikiüzlülüyü, dinin insanları oyuncaq etməsi və s.
Ölümün dayanması insanları sevindirsə də hər sahəyə mənfi təsir etdi birincisi din verilən suallara cavab tapa bilmirdi, kilsə gücünü itirirdi, xəstəxanalara, apteklərə artıq ehtiyac yox idi.Belə olan halda da dünyada hərşey alt üst idi. Sonda bütün kitabı gözdən keçirdikdə belə bir sual yaranır, " sevgi ölümü yox edir yoxsa ölümsüzləşdirir? " Saramago deyir "ən böyük çevriliş sevgidir". Deməli sevgi ortaya çıxanda ölüm işi saxlayır. Oxuyacaq olanlara xoş mütaliələr.