Çingiz Aytmatovun digər məşhur əsərləri kimi bu povestinin də adı qəhrəmanların arzusu ilə bağlıdır .
"Ağ gəmi " 7 yaşlı oğlanın çatmaq istədiyi arzusudur ...Nədənsə bu əsərdə heç kim öz arzusuna yetə bilmir ,nədənsə arzuya doğru yürüş hardasa yarımçıq kəsilir .Yazıçı dağın ətəyində ,çayın sahilində yerləşən , cəmi 7 -8 nəfərin yaşadığı dağ kəndində baş verənləri detallı şəkildə təsvir etməklə yanaşı ,insanların iç dünyasına enir və daxili düşüncələrini ,həyəcanlarını qələmə alır .Yazıçı həyata 7 yaşlı oğlanın gözüylə baxmağa çalışır .Əsərdəki mənfi obraz -Orozqul get -gedə qəddarlaşır ,zülmkara çevrilir .Şaxtalı gündə nəvəsini atla məktəbdən gətirən zavallı Mömin babanı o qədər sıxışdırlr ki ,baba meşədəki Buynuzlu ana maralı öz əli ilə ovlayır .Gözlərində əfsanələşmiş ana maralın ölümünü görən nəvə dəli kimi axan ,suları buz kimi kəsən dağ çayının sahilinə gedir ..Ağ gəmiyə doğru yol burda yarımçıq kəsilir .Əsərdəki "Ağ gəmi " nağılı böyük çətinliklər qarşısında ümidlə yaşamaq ,iradə göstərmək ,idealı yaşatmaq düşüncəsini ortaya qoyurdu .