Fareler ve İnsanlar.
Hər birimiz xəyalları olan varlıqlarıq. Kitabda bir-birinə həm fiziki, həm də mental olaraq əks xüsusiyyətlərə sahib 2 yoldaşın xəyallarına çatmaq üçün məruz qaldıqları əziyyətdən bəhs edilir. Bunlardan George adında olan məntiqi, zəkanı və pulu təmsil edərkən, Lennie adında olan karakter isə duyğusallığı, sevgini və fiziki gücü təmsil etməkdədir.
Bundan əlavə əsərdə bu 2 dost arasında yoldaşlıq və inama çox böyük yer verilib. 2 fərqli bədənə sahib olsalar da, sanki 1 beyinlə idarə olunurlar.
Nəticə olaraq, bu kitab qısa olmasına baxmayaraq, oxucuya bir çox şeyi eyni vaxtda ötürə biləcək gücə sahibdir. Oxumanızı tövsiyyə edirəm.