Aşiq olduğun vaxt, hər şey gözəl görünür; çünki o vaxtlar heç bir şərt irəli sürmürsən. İki adam heç bir şərtsiz birlikdə hərəkət edirlər. Münasibət oturuşandan sonra, bir-birlərini qısqanmağa başlayandan sonra şərtlər qoyulmağa başlanır. "Belə olmalısan, belə hərəkət etməlisən; yalnız o halda səni sevərəm". Elə bil ki, sevgi sövdələşmədir.
Bütün qəlbinlə sevməyəndə sövdələşmə edərsən. Yanındaki insanı səninçün nələrsə etməyə məcbur etmək istəyirsən, ancaq o halda onu sevəcəksən, əks təqdirdə, sevginə xəyanət edəcəksən. Yəni sevgini cəza, ya da məcburiyyət kimi istifadə edirsən, amma sevmirsən. Ya sevgindən imtina etməyə çalışırsan, ya da sevgini verirsən, amma hər iki halda da məqsəd sevgi olmur, başqa bir şey olur.