Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
344 syf.
·
Puan vermedi
·
7 günde okudu
Propaqanda fetişizmi
Əfqanıstan haqqında yazılmış kitab, məqalə, roman, çəkilmiş filmlərin yüzdə-doxsanı məşhurluğa gedən yoldur çoxları üçün. Özlərini sivilizasiyanın mütləq qurtarıcısı bilən kapitallı sistem, fürsətdən çox yaxşı yararlanaraq xoşuna gəlməyən istənilən toplumu qaralama ilə məşğuldur. Bundan özünə sərf edən xalı tutan "bacarıqlı" yazarlar var. Xüsusi canfəşanlıqla ölkəyə edilənləri malalamağa çalışıb, xalqı gerilikçi, qəddar, radikal obrazda təqdim edib yalnız kənar müdaxilənin güya işıqlı yol olduğunu sırımağa çalışmaq çox iyrənc görünür. Sətiraltı, sətirüstü dəyərlərə rişxənd, kimliyi alçaltma göz çıxarır. Çoxları üçün "aman Tanrım necə də qorxulu cəmiyyətdir" fikri yaranır əlbəttə belə romanlarda, sual verən də yoxdur ki, ay balam bəs noldu elə hamısının yazı və üslub tərzi eyni oldu? Bəli, çoxlu reformlar və savadsızlıqla, radikallıqla mübarizə aparmaq lazımdır, ancaq bu o demək deyil ki, insanlar bunu istəmirlər yaxud ancaq top-tüfəng arzusundadırlar. Sadəcə imkan vermək lazımdır özləri öz yollarını getsin, kənar müdaxilələrdən qopsun və lənətə gəlmiş xaşxaş ticarətini durdursun. Xanım yazarı görsəm bir gün, məhz bu cür də deyəcəm, sadəcə təəssüf.
Kabildə Bir Kitabçı
Kabildə Bir KitabçıAsne Seierstad · Teas Press Nəşriyyatı · 2020172 okunma
320 syf.
7/10 puan verdi
·
5 günde okudu
Düşüncə özgürlüyünə çatmaq diləyilə
Jurnalist bir yazar Əfqanıstanda kitab mağazaları olan Sultan Han adlı birinin evində qalaraq təcrübə etdikləri ,gördükləri, eşitdiklərini roman olaraq qələmə alır. Çox axıcı bir dildə yazılmış kitabdır. Bütün bu oxuduqlarımızın real olması, indiki vəziyyətin daha betər olmasını bilmək həqiqətən adamın ürəyini ağrıdır. Bir zamanlar tarixi, mədəniyyəti ilə öyünən xalqın Taliban işğalından sonra darmadağın olması bütün incəsənət aşiqlərini depresiyaya salmağa yetər. Bu ölkədə nə qadınlar nə də kişilər azaddır. Hər kəs əsirdir. Bir zaman bu ölkənin yenə də inkişaf etmiş olmasını görmək Sultan Han kimi mənim də arzumdur. Daha xoşbəxt bir dünyada görüşmək ümidilə. Daima kitab və huzurla qalın.
Kabil'in Kitapçısı
Kabil'in KitapçısıAsne Seierstad · Alkım · 2006172 okunma
Reklam
344 syf.
10/10 puan verdi
·
Beğendi
Əsəri oxumazdan əvvəl gözləntim fərqli idi. Kabildəki kitabçının insanların şəxsiyyətlərinə hörmətlə yanaşan, hüquqlarını bilən, anlayışlı bir insan olduğunu düşünürdüm. Amma kitabın ilk səhifələrindən bu gözləntim yox oldu. Kitabçı Sultan mədəni cəmiyyətin deyil, patriarxat cəmiyyətin nümayəndəsi idi. İlk başda sevəcəyimi düşündüyüm obraza nifrət
Kabildə Bir Kitabçı
Kabildə Bir KitabçıAsne Seierstad · Teas Press Nəşriyyatı · 2020172 okunma
344 syf.
6/10 puan verdi
·
14 günde okudu
Salam. Bu kitabla bağlı düşüncələrin çoxu Xalid Hüseyninin əsərləri ilə müqayisə edilir. Düzdür, onun romanlarındakı ab-havanı mən də axtarmadım deyə bilmərəm. Ancaq, bu romanda da Əfqan xalqının taleyi, qadınların cəmiyyətdən tədric olunması, Taliban rejiminin qəddarlığı, apardığı islahatlar, ölkənin necə sürətlə çökdüyünü görmək və dirçələ bilməyən Əfqanıstanın taleyinin müəmallı olması üzücü haldır. Mövzusu Əfqanıstanın paytaxtı olan Kabildə yaşayan bir ailənin həyatından bəhs edir. Kabildə kitab mağazaları olan Sultan Xan və onun ailəsinin yaşadıqları hadisələri Amerikalı jurnalist roman halına gətirərək oxuculara təqdim edib. Kitabda o qədər məni əsəbləşdirən məqamlar var idi ki... Sultan Xanın ailəsindəki qadınlara etinasız yanaşması, onların heç bir söz haqqı olmaması, qadınların əzilməsi və xor görülməsi heç də xoşa gələn məqamlar deyildi. Ən maraqlısı da, qadınların bu cəhallətdən çıxmaq istəyib də, çıxa bilməməsi, susmaları, qorxularına yenik düşmələri bir qadın olaraq mənə təsir etdi. Oxumaq olmaz, tək qalmaq olmaz, söz haqqı kimdədirsə yalnız onun dediyi olmalıdır, sevmək olmaz... Çox təəssüf ki, bu hallar bu gün də davam edir orada. Ümid edirəm ki, yaxın gələcəkdə o xalq bu cəhalətdən qurtulacaq. Oxuyun, Oxutduru. Kitabla qalın.
Kabildə Bir Kitabçı
Kabildə Bir KitabçıAsne Seierstad · Teas Press Nəşriyyatı · 2020172 okunma
344 syf.
·
Puan vermedi
·
7 günde okudu
Əslində bu kitabı çoxdan almağı düşünürdüm. Xalid Hüseyninin kitablarından sonra Əfsqan mədəniyyəti ve orda baş verən keşmə keşli həyat meni çox cəlb edilirdi. Bu kitabı da alarkən gözləntilərim bu yöndə idi. Ancaq gözləntilərimi qarşılamadı. Kitab Amerikalı bir jurnalistin Talibanın hökümranlığının son ərəfələrində və bundan sonrakı dövürdə Sultan adlı bir kitabçının evində yaşayarkən gördüklərindən bəhs edir. Tipik Əfqan ailəsi. Oxuyarkən meni əsəbləşdirən çox məqamlar oldu. Qadınlarla rəftar onların alçaldılması ve buna hərkəsin adi birşey imiş kimi baxması. Oxumaq istəsəniz bunları da nəzərə alın. Sizdə menim kimi böyük gözləntilərə girməyin.
Kabildə Bir Kitabçı
Kabildə Bir KitabçıAsne Seierstad · Teas Press Nəşriyyatı · 2020172 okunma
344 syf.
7/10 puan verdi
·
6 günde okudu
Kitabı oxumazdan öncə adına görə , çox fərqli bir kitab olacağını düşünmüşdüm. Lakin oxuduqdan sonra belə olmadığını anlamış oldum . Kitab tipik Əfqanıstandan bəhs edir . Xanım jurnalist orada yaşadığı illər ərzində gördüyü və eşitdiklərini qələmə alıb . Çünki özü də Əfqanıstanda Sultan adlı kitabçının evində yaşayır o müddətdə . Xalid Hüseyni kitablarından fərqi burada daha real olan hadisələr əks olunub , və birdə bu kitabı oxuyanda daha çox baş verən problemlərin əfqanlardan qaynaqlı olduğu qənaətinə gələ bilir adam . Amma Xalid Hüseyni kitablarında haradasa Əfqanıstanın gözəl dövrü olduğu həmişə belə olmadığə vurğulanırdı . Bu mövzuda olan kitablarla maraqlananlar üçün oxumağa dəyər bir kitab olacaqdır , lakin mən çox sevə bilmədim çünki gözləntim tamam başqa idi . Amma oxuduqdan sonra tipik olaraq oradakı həyatlarla bağlı bir kitab olduğunu anlamış oldum. Xoş oxumalar ....
Kabildə Bir Kitabçı
Kabildə Bir KitabçıAsne Seierstad · Teas Press Nəşriyyatı · 2020172 okunma
Reklam
344 syf.
8/10 puan verdi
·
5 günde okudu
Norveçli xanım jurnalist Asne Seierstad tərəfindən onun real müşahidələrinə və araşdırdıqlarına əsasən yazılan "Kabildə bir kitabçı" indiyə kimi oxuduqlarım arasında ən yaxşılardan idi desəm, yanılmaram. Jurnalist 11 sentyabr hadisələri baş verdikdən 2 həftə sonra Əfqanıstana gəlmişdir, burdakı siyasi hadisələr və mədəniyyətlər
Kabildə Bir Kitabçı
Kabildə Bir KitabçıAsne Seierstad · Teas Press Nəşriyyatı · 2020172 okunma
344 syf.
7/10 puan verdi
·
6 günde okudu
Əvvəla, onu qeyd edim ki, lap çoxdan kitabın adı diqqətimi cəlb etmişdi. Düzünü desəm, belə olacağını düşünmürdüm, daha fərqli məzmuna malik olduğunu təxmin edirdim... Müəllif Kabildə kitab dükanı olan Sultan Xan adlı bir şəxsin evində uzun müddət yaşayır, onun, ailə üzvlərinin həyatı haqqında, eləcə də ümumi olaraq keçən əsrdə Əfqanıstanda baş verən siyasi hadisələr və bunun sadə xalqa təsirindən danışır. Sultan Xan özü ziddiyyətli obrazdır: o, ölkəsinin inkişafını, qadınların nazir olaraq çalışmalarını belə arzulayır, lakin "ailədə avtoritar bir patriarx" kimi çıxış edir, oğlanlarının, digər ailə üzvlərinin düşüncəsi onu maraqlandırmır. Ümumiyyətlə, haqqında danışılan, demək olar ki, bütün obrazlar ziddiyyətli xarakteri ilə seçilir... Mənə ən çox Leylanın, bir də dülgər Cəlaləddinin başına gələnlər təsir göstərdi. Leyla adətlərə görə ona aşiq olan birinin əvəzinə başqasına verilir. Cəlaləddin isə bir vaxtlar Sultanın dükanında usta kimi işləmiş, lakin kasıblığın ucbatından halalına haram qataraq oradan oğurluq edən yazıq biri idi... Sultan onu bağışlaya bilərdi, çünki Cəlaləddin həqiqətən kasıb idi, amma bunu etmədi, ustanı həbsə saldırdı...Bu da Sultana nifrətimi artırdı... Kitab axıcı və maraqlı idi. Niyəsə bəzi yerlərdə müəllifin məsələlərə Qərb təfəkkürü ilə yanaşdığını hiss edirdim. Beləliklə, dərhal, vacib oxunmalı bir kitab olmadığını qeyd etmək istəyirəm. Fikrimcə, "Və dağlardan səda gəldi" və ya "Mənim payım" kimi mənə eyni hisləri yaşadan kitablar daha qüvvətli idi.
Kabildə Bir Kitabçı
Kabildə Bir KitabçıAsne Seierstad · Teas Press Nəşriyyatı · 2020172 okunma
344 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Kitabda Əfqanıstanın paytaxtı Kabildə yaşayan kitab satıcısı Sultan xan və onun ailəsinin həyatından danışılır. Burada Əfqanıstanın tarixi və adət-ənənələrinə də toxunulur. Maraqlı, axıcı bir kitab idi. Elmi bir əsərdən sonra oxumaq çox gözəl oldu.
Kabildə Bir Kitabçı
Kabildə Bir KitabçıAsne Seierstad · Teas Press Nəşriyyatı · 2020172 okunma
320 syf.
7/10 puan verdi
·
4 günde okudu
Əfqanıstan hansısa dövrdə xaosu ilə qarşılaşmaq istədiyim ölkələrdən biridir. Oxuyanlar niyəsə Xalid hüseyn kitabları ilə eyniləşdirir. Ancaq mövzunun eyni ölkədə yazılmağından savayı heç bir oxşarlıq yoxdur. Jurnalist müharibəni görmək üçün Əfqanıstana gəlir və orada bir kitab mağazası ilə rastlaşır. Mağaza Sultan adlı bir kitab kolleksionerinindir. Uzun müddət Sultanın evində qalır və Sultanın ailəsinin fonundan bütün Əfqanıstandakı 1990-2000-ci illər Əfqanıstanını təsvir edir. Əfqanıstanın o illərini kəşf etmək üçün maraqlı kitabdır, doğurdan da heç vaxt eşitmədiyim və rastlaşmadığım qatı qaydalarla tanış olmaq oxucu olaraq çətin bir təcrübə oldu. Ancaq Xalid hüseyn kitablarından daha real təsvirlərlə qarşılaşmaq daha maraqlı idi)
Kabil'in Kitapçısı
Kabil'in KitapçısıAsne Seierstad · Alkım · 2006172 okunma
Reklam
320 syf.
9/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
This was a tough read. If you care about women, it makes you want to cry out for them. A friend of mine from Ireland lent me his copy of this book and the first question I asked him was, was it good? He said, yes, and it is definitely thought-provoking. As soon as I finished reading another book for a book club, I picked this one up and finished
Kabil'in Kitapçısı
Kabil'in KitapçısıAsne Seierstad · Alkım · 2006172 okunma
320 syf.
5/10 puan verdi
Genel akıcı kitapları seviyor olmama rağmen bir kitap bir kültürü daha iyi yansıtamazdı diye düşünüyorum. Leyla karakteri için üzgünüm. Günümüzdeki çoğu kadının kaderi maalesef ki bu. Okuyacak listenizde daha cezbedici kitaplar yoksa ve Afgan kültürünü, Taliban rejimini öğrenmek istiyorsaniz okuyun derim.
Kabil'in Kitapçısı
Kabil'in KitapçısıAsne Seierstad · Alkım · 2006172 okunma