Cəmiyyətin birliyi də elə ailədən başlayır da . Bizdə xalqı birləşdirməkdən milləti birləşdirməkdən danışırlar . Elə millətçi axmaqlara demək lazımdır ki , ay kişi heç ailəndə birlik var ki , xalqı birləşdirirsən ? Soruşmaq istəyirəm sizdən uşaqlar , sizdə ailəvi şam yeməyi hər axşam saat neçədə olur ? Toy və yaslardan başqa qohumlar nə vaxt bir araya gəlir ? Nə üçün evinizdə maaş ciblərdə olur ? Niyə ümumi bir yerə yığılmır ? Evdə gizlənəsi kim ola bilər ki ? Ayda neçə dəfə ailəvi gəzintiyə çıxırsınız ? Bəs əvvəllər valideynləriniz sevgili olanda gündə çıxıb gəzdikəri yerlərə indi niyə belə gec - gec gedirlər ? Nəyə görə axşam televizor və qəzetlər ailəvi söhbətlərdən daha maraqlı olur ? Görürsünüz qədər ailə depressiyaları var ? Heç hiss etmisiniz ki , hər il Novruz bayramı , Yeni il daha maraqsız keçir ? Hər il qar yağanda buna daha həvəssiz baxırsınız . Elə bil hər şeyin mənası itib . Hər bir şey solub . İnsanlar bozlaşıb , tündləşib , avtomatlaşıb , robotlaşıb .