İÇİMİZDƏKİ DÜŞMƏN: Hər kəsin düşməni vardır. Bəzi düşmənlər xain, bəziləri vicdanlı, bəziləri isə sən yıxılana kimi əllərindən gələn hər şeyi edərlər. Amma bir düşmən vardır ki, onunla ömür boyu mübarizə heç bitmir. Düşünün ki, bir düşməniniz var siz hər dəfə qalib gəlsənizdə sabahsı gün yenidən sizinlə qaldığı yerdən savaşmağa davam edir. Səhər açılan kimi mübarizə başlayır və sən gecə yatana kimi onunla mübarizə aparırsan. Bu hamımızın əslində ortaq düşmənidir. İçimizdəki o tənbəl mənliyimiz. Ya da başqa adı ilə dirənc gücü. Müəllif əsasən kitabda bir sənətkarın (yazıçı, rəssam və s.) içində gedən mübarizədən, yaratmaq üçün özü ilə döyüşündən bəhs etsə də, düşünürəm ki, hər kəsin oxuması lazım olan bir kitabdır. Nəticədə hər kəs işinə, həyatına bir sənət əsəri kimi yaxınlaşmalıdır ki, həm özü, həm də cəmiyyət bundan faydalana bilsin. Məsələyə bir sənətkarın gözü ilə yanaşıb yazıçı. Kitabı oxuduqca bəzi bölümlərində gülümsəyərək “Hə, eynən belə olur.” dediyim çox oldu.
KİTAB HAQQINDA: Bu problemdirmi? Əgər problemirsə həlli nədir? Nə etməliyik? Necə edək ki, qalib gələk? kimi bir sıra suallarınızı cavablandıracaq bir kitabdır. Yazıçı şəxsi təcrübələri, həyata baxışını sadə dildə oxuyucuya ötürməyi bacarıb. Həmçinin motivasiya edici bir xarakter daşıdığını da vurğulamalıyam. Əgər sizi ilhamlandıracaq, motivasiya verib hərəkətə keçirəcək bir fərdi inkişaf kitabı axtarırsınızsa bəyənəcəyiniz bir kitab olacaqdır.
Xoş mütaliələr!