Geniş xəyal gücünə malik olan Zeze ailəsi ilə yeni bir evə köçmək məcburiyyətində qalır. Yeni evlərinə köçdükləri zaman Zeze evin həyətində olan bir portağal ağacı ilə öz xəyal güclərini də qataraq dostluq etməyə başlayır. Bu portağal ağacının adını da Xururuca qoyur. Zeze o qədər dəcəl idi ki, hər kəs onu bu dəcəlliyi ilə tanıyırdı. Bir gün o Portekizli Manuel Valaderes ilə tanış olur. Bir-birlərinə çox yaxın olmağa başlayır, dərin bağ qurmağa başlayırlar. Onu öz mənəvi atası kimi görürdü. Kitabda Zezenin xəyal dünyasını, yetişkin ağlını, onun iç dünyasını anlayırıq. Həm də kitab bizə empati qurmaq duyğusunu öyrədir
Kitabı zövq alaraq oxudum ,ən sevdiyim kitablardan biridir. (Zezeni də eyni özümə bənzədirəm)