Həyatımızı necə istəyiriksə elə yaşayaq.Heç bir kontrakt yoxdu.Hətta ən qeyri-demokratik məhkəmə belə bizi cəzalandıra bilməz.Çünki hər bir "sənə filan şey veriblər" cümləsinə cavabımız var-"verməzdilər, xahiş eləməmişdim".
Bu mövzunu çox çürütmək istəmirəm.Onsuzda hərə öz fikrində qalacaq.Sadəcə mən demək istəyirəm ki, məni borclu çıxarmasaydılar həyatımda daha çox risk edib daha çox şey qazana bilərdim.
Öpüşümüz bitmişdi.Amma gözlərimiz ayrıla bilmirdi.Mən dəqiq bilirdim ki, o oynamır.İçimdən bir səs deyirdi ki, o da ilk baxışdan mənə vurulub.Ola bilməz?Ola bilərdi.Sadəcə çirkin dünyada bəzən saf məhəbbətə də nağıl kimi baxırıq.
Mən elə bilirdimki, heç kim xoşbəxt ailədə yaşamır.Bilirsiniz niyə?Çünki xoşbəxt ailə qalmayıb.Xoşbəxt ailələr indi ancaq diş pastası reklamlarında olur.