Bəzən nə qədər axtarsa da, bu böyük dünyada bir nəfər də olsun ona qulaq asacaq yoldaş olacaq həmdən tapa bilmir. Bu dünya insanlarla doludur, ancaq onların hamısı üçün yalnız özləri maraqlıdır.
Həyatda elə anlar, qarşılaşdığın elə hadisələr olur ki, onu tamamilə unutmaq, yaddaşından birdəfəlik silmək istəyirsən. Ancaq tərslikdən məhz onları unuda bilmirsən.
Sanki dünənimlə bu günüm arasında olan fasilə bir yatıb durmaq qədərdir. Bir dəfə yatıb durursan, cavanlaşırsan, bir dəfə yatıb durursan, qocalırsan. Bir dəfə də yatacaqsan və artıq durmayacaqsan.