İbrahim

İbrahim
@az1918turan
Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq.
Bir nəfər deyir ki, kişi arvad alanda dayanır. Uşaq dünyaya gələndə diz çökür. İkinci uşaq doğulanda səcdəyə gedir. Əlbəttə, adama xoş gəlir. Səhər yeməyim hazır olur, evim təmiz olur, bir adam paltarlarımı yuyur. Amma bunlann hamısı insanın özünü çox sevməyini və kişi hakimiyyətini göstərir. Mən inanıram ki, qadına gərək bu cür baxmayasan. Mənim fikrimcə, qadınlar ən çox zorakılığa məruz qalan insanlardırlar. Həmişə bir vasitə kimi istifadə olunublar. Və hələ də olunurlar.
Reklam
Zorakılıq həmişə kötək, dava, işgəncəylə olmur. Bəzi vaxtlar da eşq, məhəbbətin köməyi ilə zorakılıq eləmək olur. Adamın əl-ayağını bağlayırlar.
Əgər insanlar zorakılığa özləri təslim olmasalar, dünyada bu qədər zorakılıq olmaz. İnsanların məzlumluğudur zülmü belə möhkəmləndirən.

Okur Takip Önerileri

Tümünü Gör
Başqaları bir neçə kəlmə oxuyub (dua) və mənə zorla “bəli” (evlilik) dedirdiblər.
Bu evdə təkcə bu qrammofon və kitablar mənə maraqlı gəlirdi. Öz-özümə: - Kaş məni bunlarla tək qoyalar, - dedim.
Reklam
Mətbəx əşyaları, yataq otağının avadanlığı - mənim həyatımın bütün hədəfləri bu əşyalarda görünürdü. Bu əşyalar sübut edirdi ki, məndən tələb olunan şey - ərimə mətbəxdə və yataq otağında xidmət etməkdir.
“Allahın istəyi bu idi” dedilər. “Onun istəyi qarşısında heç nə etmək olmaz. Onun rizasına razıyıq. Təqdiri-ilahidir. Naşükürlük etməyin. Allah sizi sınağa çəkir. Allahın yaxşı bəndəsi odur ki, imtahandan başıuca çıxa. Özü verib, özü də alır. Siz vəsiləsiniz, tələbkar deyilsiniz”.
Allah, bu nə ənənədir?! Dünyanın o biri ucuna getməyə hazır olduğum bir kişi ilə iki kəlmə danışdığım üçün məni öldürmək istəyirdilər.
Bilmirdim nə edim. Ürəyim döyünürdü. Yemək yeyə bilmirdim, yata bilmirdim, yatanda da ancaq kabus görürdüm. Duranda çox yorğun olurdum. Ölümə məhkum olunmuşlar kimi hər saniyə ölümümün yaxınlaşmağını hiss edirdim.
- Dur, oğlan, dur. Sən kişisən. Sən qadın kimi ağlamamalısan. Adam gərək Allahın istəyi qarşısında dayanmaya. Atam bağırıb dedi: - Sən dedin ki, heç nə yoxdur. Qoymadın həkim gətirim. - O vaxt da fərq etməzdi. Əgər qismətində vardısa, həyatda qalardı. Əgər olmasaydı, ən yaxşı həkim də onu qurtara bilməzdi. Bu, taledir. Bizə qız düşməz. - Bu səfeh sözlər nədir? Hamısı sənin təqsirindir.
Reklam
Hər kəsin bir alın yazısı var. Bununla mübarizə apara bilməzsən.
Bunlar (türklər) belə yaxşıdırlarsa, niyə öz tayfalarından qız almırlar?
Bəzən fikirləşirdim, necə olur, bu adamları tapırlar? Məsələn, Əhməd dostuna necə deyir, mənim bacım evlənməyə hazırdır? Məni reklam edirlər? İki adam mənim haqqımda danışırlar? Bunu bilirdim ki, o adam heç sevməli biri deyil. Qəssab Əsgər bəy yaşdan və rəftardan Əhməd kimi kasad idi. Barı babat bir savadı da yox idi. Deyirdi, kişi gərək qolunun gücü ilə çörək yeyə. Nəinki oxumuşlar kimi bir tərəfdə oturub hey kağız qaralaya. Əhməd deyirdi, o həm pulludur, həm də bu qızı yaxşı yığışdıra bilər.
243 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.