- Neyçün, ey böyük Yaradan, ey böyük Pərvərdigar, neyçün Sən bir yaratdığını digər yaratdığının quluna, köləsinə çevirirsən, çevrilməsinə razı olursan, Rəbbim?
- İftar axşamı belə sözlərlə asilik etmə, dostum.
- Yox, asilik etmirəm. Məgər bu, asilikdir? Bu, sorğudur, Rəbbimə sorğudur, Yaradanıma, Xaliqimə sorğumdur.