Bir çox insanların xislətidir: iyrənc bildikləri nəsnəyə tapınmaq, əksiltdikləri şey qarşısında səcdəyə düşmək, bu gün pis bildiklərini sabah yaxşı bilmək...
İnsan kimi qəribə varlıq yoxdur. Belə çıxır ki, bir çox addımlarımızı yanlış olduğunu bildiyimiz halda atırıq. Ağlımız bir şey, hislərimiz isə başqa şey deyir. Həyatımız bu dilemma qarşısında seçim etməklə keçir. Əksər vaxtlarda da acizliyimizdən hislərimizə boyun əyirik...
Ailə məsələlərinə bir az real baxmaq lazımdır. Söz-söhbətsiz ailə olacağına zəmanət vermək çox çətindir. İnsan həyatında olan hər kəslə ixtilaf yaşaya bilər. Məgər bu ixtilaf insanın valideynlərini, dostlarını tərk etməsinə, onları başqaları ilə əvəz etməyə çalışmasına səbəb olur?!