Çox maraqlı və insanı düşündürən romandır. Hadisələr Amerikan filmləri kimi cərəyan etsə də fantastik olduğunu düşünmək çətindir. Yazar tibb, fizika, riyaziyyat, fəlsəfə kimi elmləri başa düşülən formada izah edir. Kitabla dostumun tövsiyəsiylə tanış oldum və ona çox təşəkkür edirəm.
AğlasığmazAdam Fawer · Qanun Nəşriyyatı · 202298,3bin okunma
Detektiv sevər olaraq Azərbaycanın ilk detektiv əsərini oxumaq mənim üçün böyük məmnuniyyət oldu. Kitabda məsum gənclərin hansı şəraitdə oğurluq və cinayət aləminə yönəldiyini, atanın qız övladının gələcəyindəki mənfi rolunu, bir qızın özü də bilmədən necə maddə asılısına çevrildiyini görə bilərik. Bu kitab mənə Bakının başqa üzünü göstərdi. Hər kitabda olduğu kimi bu kitabda da həyata baxışımda yeni bir pəncərə açıldı. Nəhayət, verdiyi dərs isə polis işçilərinin tək rolunun cinayətkarları yaxalamaq deyil, onların həyatlarına toxuna biləcəkləridir.
Qara VolqaCəmşid Əmirov · Qanun Nəşriyyatı · 1993358 okunma