Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
126 syf.
8/10 puan verdi
·
6 saatte okudu
"Beş mərtəbəli evin altıncı mərtəbəsi" romanının məzmunca "Ağ liman"ın davamı olduğunu biləndə, yarıda qoyub oxumalı oldum. Müasir ədəbiyyat diqqətimi hem vaxt çəkmədiyi üçün yəqin ki, imtahan olmasaydı yenə də oxumazdım. Əsərdəki rusca sözlər, şairlərimizin adlarının çəkilməsi amma məqamlarının fərqliliyi bir qədər xoşagəlməz oldu. Amma nəzərə alanda ki, əsər sovet dövründə yazılıb. Sovet dövründə Nizaminin, Füzulinin, Mirzə Cəlilinin adının yaşaması üçün var, onda sadəcə təqdir etmək qalır. Əsas qəhrəman Nemət obrazıdır. Nə istədiyini bilməyən, yaşadığı həyatın mənasını anlaya bilməyən Nemət. Bacanaqları ilə, qayınanası, ögey qızları və öz qızı ilə olan ayrı-ayrı münasibətlərin üst-üstə yorğunluğunu çəkən, həyat pəncərəisinin eynisindən şikayətlənən Nemət... Lakin onun mayakı da Təhminə ilə telelfon zəngi oldu. Bu zəng ona müəyyən istiqamətlər ver. Oxucu təxəyyülü bundan sonra Nemətin həyatını bu yol ilə addımlayaraq fərqli təsəvvür etmək iqtidarına malik oldu. Digər oblarzlardan Səfdər, Məmməd Nəsir öz yanlızlıqlarında boğulublar. İki ay əvvəl həyat yoldaşını itirən Səfdər dərdləşməyə adam tapmır. Məmməd Nəsir ayıq halda baxa bilmədiyi cəmiyyətə sərxoş baxmağı seçib. Zaur və Təhminə obrazları az-az gördüyümüz obrazlardandır. Təhminə obrazı verdiyi "həyat dərsləri" ilə yadda qalır.
Ağ Liman
Ağ LimanAnar Rzayev · Qanun Nəşriyyatı · 0270 okunma
Bütün olub-keçənlər, ötüb-itənlər yenidən qayıtsın, dirçəlsin, yenidən başlansın. Amma axı başlamamalıydı hər şey təzədən. Olan olmuş, keçən keçmişdi, biryolluq, həmişəlik, dönüb-qayıtmaz bir mütləqliklə. Bəs onda... Axı bu, yuxudur, – deyə düşünürdü... – Yuxunun nəyindən qorxursan, yuxunun nə təhlükəsi var? – deyə düşünürdü. – Ayılıb oyanacam, hər şey keçib gedəcək, – •📚Beş Mərtəbəli Evin Altıncı Mərtəbəsi
Reklam
280 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
"Təhminə və Zaur"a bir də kitabdan "baxaq".
"Beş mərtəbəli evin altıncı mərtəbəsi"və ya "Təhminə və Zaur". İllərlə filmini izləyərdik(əlbəttə, qismən)Bir gün anamın kitabxanasından kitabı əlimə keçdi. Çox böyük maraqla, birnəfəsə oxudum. Sonunda göz yaşlarıma hakim ola bilmədim. Zaur və Təhminənin sevgi hekayəsi. Zaurun ailəsi tərəfindən ona olan təzyiqlər... Spoiler verməmək üçün ətraflı yazmayacağam. Kitabın sonluğu məni məndən aldı. Keçək filmə. Kitabı oxuduqdan sonra filmi başdan sona yenidən izlədim. Dəfələrlə izlədiyim film kitabdan sonra məndə fərqli təəssürat yaratdı. Onu da deyim ki, baş rollarını Fəxrəddin Manafov və qardaş Türkiyənin aktrisası və Azərbaycan xalqının da sevimlisinə çevrilmiş Meral Konrat ifa edir. Bir sözlə, oxuyun, izləyin, tövsiyəmdir.
Beş Katlı Evin Altıncı Katı
Beş Katlı Evin Altıncı KatıAnar Rzayev · Ötüken Neşriyat · 19971,116 okunma
158 syf.
8/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
`Beş mərtəbəli evin altıncı mərtəbəsi` əsərindəki qara saçlı Təhminə ilk dəfə oxuculara məhz `Ağ liman` əsərində təqdim olunur. Firəngizin və Spartakın ailəsini, onların qohumlarını, nəşriyyatın işçilərini- Neməti, Məhhəmməd Nasiri, Dadaşı daha yaxından tanıyırıq. Anarın bu əsərlə nəsrə yeni nəfəs gətirdiyi hesab olunur və psixologizm xüsusi diqqət çəkir. Belə bənzətmə etmək istəyirəm. Necə ki, Corc Oruelin Heyvanıstan əsəri 1984`ün cızma qarası xarakterini daşıyır, Ağ liman da `Təhminə və Zaur`un ilkin süjet xətti hesab oluna bilər. Anar bu əsərdə əxlaq normalarını sorğulamaqdan çox, insanın cəmiyyətdə öz yerini tapması, dünyaya nə üçün gəldiyini sorğulaması kimi mövzuları daha dərindən analiz edib. Əsərdə qeyd olunur ki, yaxşı yaxud pis insan yoxdur. Kiminsə yaxşı yaxud pis biri olduğu haqqında fikir bildirmək üçün gərək onu tanıyasan. Amma həyat buna rəy bildirəcək qədər uzun deyil. Kitabdan (hər hansı) sevdiyiniz yaxud ağlınızda yer edən hissəni mənimlə bölüşün! Xoş mütaliələr, Sevgilərlə!
Ak Liman
Ak LimanAnar Rzayev · Simavi Yayınları · 1991270 okunma
81 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Söz yox, möhtəşəm.. Kitabı oxumağa başlayanda içimdə bir tərəddüt var idi. “Görəsən Beş mərtəbəli evin altıncı mərtəbəsi kitabı kimi insan hislərinə toxunacaqmı?” deyə düşünürdüm. Amma yanılmadım. Həqiqətən də o kitabın davamı olmağa layiq kitab, misralardır. Kitabı bitirdikdən sonra mənimçün ən xoş anlardan biri də o oldu ki, artıq əvvəlki kitabdan ağlımda qalan suallara cavab tapa bilmişdim. Hansı ki, həmin şeylər bir çoxlarının ağlında sual kimi qalmışdı. “Təhminə nə üçün Zauru o bağa aparmışdı?” və s. bunun kimi suallar. Kitabın sonunda isə “altıncı” rəqəminin uyğunluğu, altıncı mərtəbəyə işarə edilməsi, tibb bacısının bacı-qardaşlarının adlarının Təhminən xatirələri ilə uyğunluğu, Səmədin beş mərtəbəli binanın quruluşunu əslində altı mərtəbə qeyd etməsi olduqca təsirli idi. Mənimçün ən xoş hallardan biri də o olduki, baş verən hadisələri, əhvalatları Təhminən gözündən görmək, danışılan söz-söhbətlərin həqiqi simasını bilmək insanı rahatlatdı. Və o söz-söhbətlərin yaranmasına, insan talelərinin puç olmasınına səbəb olan cəmiyyətə olan nifrət biraz da artdı sanki. Amma hələ də müəyyən söhbətlərdə və s. insanların Təhminəni qınaması, onu günahkar görməsi və s. insanın qəlbini üzür. Yazını qeyri-müəyyən qədər uzatmaq olar. İnsanların ziddiyətli düşüncələri barəsində də mübahisə etmək olar. Lakin, ümid edirəm ki, yazıçı Anar Rzayevin də qeyd etdiyi kimi insanlar bir gün beş mərtəbəli binanın altıncı mərtəbəsini görə bilələr.
Altıncı
AltıncıGünel Anarqızı · Milli Virtual Kitabxananın rəqəmsal e-nəşri · 201019 okunma
316 syf.
9/10 puan verdi
·
78 günde okudu
Beş mərtəbəli evin altıncı mərtəbəsi
Necədə dərin mənası var bu sözün.Filmini əminəmki, bir çoxumuz izləmişik.Amma kitabının verdiyi duyğunu heçnə əvəz edə bilməz.Azərbaycan mentalitetini,qadınlara ləkə yaxmağın asandlığını özündə şiddətlə əks etdirən kitabdır.
Təhminə və Zaur
Təhminə və ZaurAnar Rzayev · Qanun Nəşriyyatı · 20141,116 okunma