Gəl, əzizim, -dedi,gəl!
Ömrün vəfası budur!
Gəl!
Otur!
Çöktü aralığa
dərin bir sükut.
Nəhayətsiz,zamansız
bir sükut.
Aciz bir düşmən kimi
mərhəmətsiz,amansız
bir sükut.
Ax!..
Bu sükutun dili yansın!
Yandırır
bir nadan ağzından çıxan söz kimi!
Rəsul Rza