Samir

"Siyasətdən və siyasətçilərdən zəhlım gedir. Siyasətçi heç bir çayın axmadığı bir yerdə körpü tikməyi vəd edən adamdır."
Sayfa 228 - Qanun
Reklam
"Ədalət yalnız hər kəsin, hətta bizi təhqir edib, cəzalandırılmalı olan şəxsin belə mənəvi məmnunluq duyacağı halda bərqərar olacaq. Bu iki oğlanın nümunəsində siz ədalət məhkəməsinin təkcə günahkarların cəzalandırılması deyil, həm də onları xilas etmək cəhdi olduğunu görəcəksiniz."
Sayfa 210 - Qanun
"Həbsxana insanın üzündəki maskanı çıxarır. Həbsxanada insan özünün əsl mahiyyətini gizlədə bilməz. Namərdin özünü mərd kimi qələmə verməsi mümkün deyil. Olduğun kimi tanınırsan."
Sayfa 198 - Qanun

Reader Follow Recommendations

See All
"Bütün bacarıqlı, yaxşı həkimlərin ən azından üç oxşar xüsusiyyəti var: Onlar müşahidə etməyi və dinləməyi bacarırlar, öz qayğılarına isə qala bilmirlər. İstəsəydi, Almaniyada, ABŞ–da və ya Kanadada şəxsi kabinet açıb, qısa müddətdə varlana bilərdi, lakin cüzi gəlir qarşılığında vətənində qalıb işləməyə üstünlük vermişdi."
Sayfa 190 - Qanun
"Bir insanı pislik etməyə məcbur etmək mümkündür, yaxşılıq etməyə isə qətiyyən."
Sayfa 169 - Qanun
Reklam
"Əslində həyat çox bəsitdir. Əvvəlcə biz ətrafda olan hər şeydən - heyvanlardan, havadan, ağaclardan, gecə səmasından - insanlardan savayı hər şeydən qorxuruq. Sonra isə əksinə, insanlardan başqa heç nədən qorxmuruq. Onların hərəkətlərini anlaya bilmirik. Heç kim həqiqəti söyləmir. Heç kim özünü xoşbəxt və təhlükəsizlikdə hiss etmir. Bu həyatdan hər şey o qədər eybəcər və təhqir olunmuşdur ki, bizə yalnız sağ qalmaq üçün mübarizə aparmaq qalır. Məhz bu səbəbdəndir ki, biz ruhumuzun olduğuna, göylərdə isə ruhumuzubən qeydinə qalan allahın olduğuna dair uydurma yalanlardan yapışırıq."
Sayfa 90 - Qanun
"Biz hamımız, hər birimiz gözəl gələcəyimizi özümüz qazanmalıyıq. Eynilə mənim üçün əhəmiyyətli olan digər məsələlər kimi. Əgər özümüz qazanmasaq, gələcəyimiz heç olmayacaq da. Əgər biz onun uğrunda əmək sərf edib, əziyyət çəkmiriksə, deməli, ona layiq deyilik və əbədi olaraq hazırkı dövrdə, bu gündə yaşamağa məhkumuq. Ya da ondan da betəri - keçmişdə."
Sayfa 89 - Qanun
"Son nəticədə, mədəniyyət bizim yol verdiklərimizdən yox, qadağan etdiklərimizdən törəyir."
Sayfa 53 - Qanun
"Qırğın məhz pulların üstündə gedir; irq, dil və din isə - hamısı cəfəngiyyatdır."
Sayfa 53 - Qanun
"İstənilən siyasətə nifrət edirəm, siyasətçilərə isə ondan çox. Onların dini-imanı insan tamahkarlığı, acgözlüyüdür."
Sayfa 52 - Qanun
Reklam
"İnsanın tələsən yerinin olmaması çox kədərlidir. Marseldə bir atalar sözü var: "Heç yerə tələsməyən adam heç yerə gedib çıxmır". Mən artıq səkkiz ildir ki, heç yerə tələsmirəm."
Sayfa 51 - Qanun
"- Didye, bəs səni Bombeydə saxlayan nədir? - Mən fransızam, - deyə o, stəkanındakı mayeyə tamaşa edərək cavab verdi. Bundan əlavə, mən gey, yəhudi və cinayətkaram. Təxminən belə bir ardıcıllıqda. Bombey tanıdığım şəhərlər arasında eyni vaxtda hər dörd simada ola biləcəyim yeganə şəhərdir."
Sayfa 52 - Qanun
"- Hə, nə deyirsən, Lin, səncə, dünyada ən vacibi nədir? Fikrini bilmək maraqlı olardı. - Əgər məni bir şeyin adını çəkməyə məcbur edirsənsə, deyim, bu, azadlıqdır. - Nəyin azadlığı? - deyə Didye axırıncı sözlərə irişərək soruşdu. - Bilmirəm. Bəlkə də, sadəcə "yox" kəlməsini söyləmək imkanı, bunu edə bilmək azadlığı. Bir insan bunu deyə bilirsə, əslində başqa bir şeyə ehtiyac olmaz."
Sayfa 41
"Dinləməyi bacarırsan. Bu, təhlükəli silahdır, çünki ona müqavimət göstərmək çətindir. İnsanın dinlənildiyini hiss etməsi, demək olar ki, dünyanın ən gözəl duyğularından biridir."
Sayfa 40 - Qanun
938 öğeden 916 ile 930 arasındakiler gösteriliyor.