Tezliklə hər şey dəyişəcək, sabah olacaq, birisi gün olacaq, gələn il olacaq. Ola bilsin biz də dəyişəcəyik, bu cür birlikdə oturmayacağıq. Bizlərdən hansımızsa buradan köçüb gedəcək, ya da xəstələnəcək, ya da öləcək. Görünməyən, bilinməyən, ola bilsin tamamilə mənim istədiyim kimi, bizim fikirləşdiyimiz kimi olmayan gələcək qaranlıqda itirdi. Lakin bu anı heç bir şey poza bilməz, onun üçün heç bir təhlükə yoxdur.