Reklam
335 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Bir kəpənək üçün sabah çox gecdir…
Zaman keçir və biz hər gün bir az daha dəyişirik. Nədir bəs bizi dəyişən? Yerlə bir olan xəyallarımızmı yoxsa verilib tutulmayan sözlərmi? Bəlkə də haqsız yerə günahlandırılmaq, sevdiklərimizin bizə inanmaması dəyişir bizi? Yox yox, hər kəsdən çox inandığı insanın yalan danışdığını anlayanda dəyişir insan. #142578420 Həyatı, yaşamağı sevən, hər şeydən zövq alan Artur Berton 13 il sonra insanlara nifrət edən, tənqidçi Ovod’a çevrilir. Bu 13 ildə və ondan sonra da hər zülmü iliklərinə qədər yaşayır. Döyülür, təhqir olunur, ələ salınır, dilənir, ac yatır, ac oyanır, amma o hər şeyə dözür. Bədəni hər ağrıya tab gətirəcək gücə malik idi bəs qəlbi? 17 yaşında gənc ikən sevdiyi qız tərəfindən xəyənatkar adlandırılır, sevimli padresinin ona yalan danışdığını öyrənir. Bunlar az deyilmiş kimi onun ölümü də hər kəsdən çox sevdiyi padre’si- Montanellinin əli ilə olur. O bu acılara necə tab gətirsin, axı onun ürəyi daşdan deyildi, o nə qədər səbr edəydi? Kaş ətrafımdakı insanlar sənin kimi olaydı, Ovod. Kaş inandığları yolda sonuna qədər davam etmək gücünə sahib olsaydılar. Kaş öz sevdiklərinə sadiq qalsaydılar. Kaş biz də bu sözü deməyi bacarsaydıq: “Mən xoşbəxt bir kəpənəyəm, Yaşasam da, ölsəm də…”
Ovod
OvodEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 20121,815 okunma
Reklam
Reklam
16 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.