Bütün bunlar "təqdir"-dir. Mənim bura gəlməyim, sənin bura işə düzəlməyin, mənimlə tanış olmağın, Anderson fondunun yaradılması, bütün bunlar boş yerinə deyil. Biz inanırıq ki, Yaradan yer üzərində baş verən bütün hadisələri, xəstəliyi, ölümü belə əvvəlcədən təqdir etmişdir. Hər bir insanın başına gələcək hadisələr hər bir insan üçün individual olaraq seçilmiş və tərtib olunmuşdur. Bu seçmə zamanı insanın bütün qabiliyyətləri, bacarığı, gücü, gələcəyi və əsas da onun faydası nəzərə alınmışdır. Bu səbəbdən yazılmış hər bir işdə bir çox fayda və hikmət vardır. Bütün bu işlər insanın maddi və mənəvi yüksəlişinə gətirib çıxardır. Bu ilahi təqdir insanın tərəqqisi üçündür, tənəzzülü və çətinliklər içində əziyyət çəkməsi üçün deyildir. Buna görə də insan başına gələn işlərə, əlindən çıxan şeylərə görə üzülməməli, bəla və müsibətlər qarşısında ah-nalə etməməlidir. Bizim müqəddəs kitabımızda yazılıb :
" Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl kitabda olmamış olsun. Heç şübhəsiz, bu, ALLAH üçün çox asandır". ( "Hədiq" surəsi, ayə 22)