Tısbağa Sofiya
Anamın tısbağalardan zəhləsi gedərdi. Xoşuna gəlməyən qonşuları, arası olmayan tanışları, atamın sırtılmış qohumlarını tısbağaya oxşadardı. Səbəbini soruşmamışdım bu nifrətin. Qorxurdum, elə səbəb gətirər, mənim də zəhləm gedər. Diribaş dostlarım deyirdi ki, tısbağanı öldürməyin bir dənə yolu var. G*tünə çubuq soxursan, başını çanağından çıxardır.