Əsər məni əməlli başlı sarsıtdı..Reallıqdan heç də uzaq olmayan qudurmuş vəzifəli "adam" obrazı məlum məsələdi, oxuduqca da təxmin edirdim..Ancaq bucür "ailə" gözlənilməz oldu..İyrəndim desəm az olmaz..Hələ o Simuzərin yagmur.az saytı falan açması insan necə belə üzsüz,abırsız olar?! Elgizin sözü olmasın,matım mutum qurudu.Mən doğmuşam, biz böyütmüşük ən çox bizə pul düşür deyən "ana" varkən, qalanlarından danışmağa dəyməz..Çox şükür ki sonunda rahatladım, onlar tutulmadan əsər qutarsaydı ürəyim partlayardı..Hicranı döyüblər dediyi yerdə rahatladım, Simuzəri də çırpaydılar kaş.. Öz əxlaqsızlığına baxmadan, arsız arsız pulun qudurtduğu adamlardan danışır..Ah Yağmur.. Əsərdə Ələmdar və komandası, Qasımlı və təbiki Belçika ovçarkası dostumuz favorimdi. Birdə kaş Ələmdar Vaşaqa başqa gözlə baxmasaydı, bu məsləyə görə birazca gözümdən düşüb..Hələki bu məsələdə yeganə Qasımlı yanıltmayıb, yanıldacağını da düşünmürəm..Həm sarsıldığım, həm də əsəb olduğum əsər oldu. Hər nə qədər sevmədiyim nüansları olsa da, Elatlının qələmini sevirəm..Hər nə qədər bəzi şeylər xoşumuza gəlməsə də, reallıq olması danılmazdı..Uzun sözün qısası Elatlının qələminə sağlıq..Ümid edirəm sevimli xəfiyyəm Qasımlı bizimlə qalmağa davam edər..Açığı bu dəfə öləcək deyə bir anlıq qorxmadım deyil..Və ümid edirəm nə vaxtsa dünyamız əsərdə gördüyümüz və heç də reallıqdan uzaq olmayan bucür iyrənc məxluqlardan təmizlənərək daha yaşanılası bir yer olar..