İlk dəfədir bir kitab haqqında fikirləeimi burda bölüşəcəm.
Cəfər Cabbarlının "Dilarə" adlı əsəri. Bu kitabda 5 qısa hekayələr toplanıb.
1. Dilarə
2. Aslan və Fərhad
3. Mənsur və Sitarə
4. Əhməd və Qumru
5. Gülzar
Açığı mənə ən çox təsir edən "Aslan və Fərhad" və "Gülzar" hekayələri oldu.
Qardaş qardaşa düşmən olur, başlarına gəlməyən fəlakət qalmır. Sonda haqq ədalət yerini tapır. Amma "Gülzar" hekayəsində... İlahii, bir kişi öz qüruruna görə təcavüzə uğramış bir qadını necə el içində rüsvay edə bilər axı?! Kişilikdəndirmi bu ? Gülzarın Quranı sıx sıx tutması, tanrıya yalvarsada heç bir çarə tapmaması... Düşünün 1900 lərdə yazılmış əsərdəki bu cür problemləri biz 2025 də yaşayırıq, görürük, şahidi oluruq. Mentalitet gözəl şeydir, amma o mentalitetdəki bir şəxsiyyəti alçaltmaq var, ölüm var.. Mən o mentaliteti cahillik sayıram. Mentalitet adıyla yüz oyun çıxardırsız, özünüzdən qaydalar tətbiq edirsiz işinizə gəlməyəndə də istədiyiniz kimi hoqqabazlıq edirsiz..
Gülzarın həyatını məhv edən sadəcə bir "kişi" deyildi, bir cəmiyyət idi, olmaz olsun elə cəmiyyət!
Əsəri oxumağı hər kəsə tövsiyyə edirəm, oxuyun cahil təbəqəni bari bizlər məhv edək, çürüsünlər..