Bilirsən, bu cür bütün ömrü boyu inadkarcasına yuxarılara dırmaşan adamlar var. Nəhayət, uğur qazanırlar və adama elə gəlir ki, müəyyən bir zirvəni fəth etdiyinə görə sevinməli, şad olmalıdırlar. Ancaq onlar sevinmirlər. Onlar yalnız öz əzab və çətinliklərini xatırlayır, buna görə də bütün dünyaya və bu yolu daha asan və tez keçən adamlara nifrət edirlər.