304 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 7 days
Albert Camus yaradıcılığına “Yad” əsərini oxumaqla başlamışdım. Bu ikinci oldu. Bilməyənlər üçün qeyd edim ki, taun - vəba deməkdir. Sürükləyici bir roman oldu. İnsan oxumağa başladımı özünü saxlaya bilmir. “Yad” romanında da belə olmuşdum. Ümumiyyətlə, Albertin yazı üslubundakı biganəlik, sorğulamaları, mənasızlıq içində məna, məna içində mənasızlıq axtarışı, qəlibləşmiş inancları yerindən oynada biləcək sətiraltı bir neçə atmacalı cümlələri və s. bütün bunlar topluca insanı özünə daha çox çəkir. Mütaliə etdikcə düşünməyə, düşündükcə cavablar axtarmağa, anlamağa sövq edir. Sanki qəflət yuxusuna getmiş birini oyadır. Bu əsərdən mənim qazandığım: bu dünyada insan insana həsrətdir. Hər kəs dünyaya tək gəlir və bu dünyadan tək gedir, amma aradakı həyat yolunda insan özünü təkliyə məhkum etməməlidir. Və yaşadığın müddətcə yaşadaraq yaşat. Hər çətinlikdə qaçmaq ən asanıdır, amma bu belə çarə deyil. İnsan öləndə belə ömrünün sadəcə özünə xeyir gətirmədiyini bilərək ölməlidir. Oxuyun, özünüz qiymətləndirin.
Veba
VebaAlbert Camus · Can Yayınları · 202020.3k okunma
Geri15
53 öğeden 51 ile 53 arasındakiler gösteriliyor.