Necə yalan danışdıqlarını görmək və dinləmək, - İvan İvanıç böyrü üstə çevrilərək dedi, - bu yalana dözdüyün üçün axmaq adını almaq, təhqirə, alçalmağa tab gətirmək, namuslu, azad adamların tərəfində olduğunu açıq şəkildə deməyə cəsarət etməmək, yalan danışmaq, yalandan gülümsəmək… Və bütün bunların hamısı bir parça çörək, isti bir ev, birqəpiklik rütbə üçün?
- Məgər bizim şəhərin boğanağında, darısqallığında yaşamağımız, lazımsız şeylər yazmağımız, qumar oynamağımız qılaf deyilmi? Məgər bütün həyatımızı avara, hərzə adamlar, sarsaq, yelbeyin qadınlar arasında keçirməyimiz, cürbəcür cəfəngiyyat danışmağımız və dinləməyimiz qılaf deyilmi?