Hansı dəyər daha dəyərlidir? Pul? Sevgi? Xoşbəxtlik? Ləzzət? Status? Mənəviyyat? Millətçilik? Demokratiya? Din? Karyera? Siz bunlardan hansına doğru addımlayırsınız? Sizə bunlardan hansını daha çox tərifləyiblər?
Bizim millət qurban deyil, yaralı deyil, zəif deyil, amma dahi də deyil, qəhrəman deyil, qüdrətli də deyil. Bu sözləri unudun getsin. Necə ümumi şəkildə, eləcə də özünüzlə bağlı. Bu sözlər, sadəcə, lazım deyil, sizin yuxarıda sadaladığımız arzularınız üçün bu cəhətlərin heç bir xeyri yoxdur.
"Mən istəyirəm ki, alçaq erməniləri, hiyləgər farsları, zalım rusları, qəddar ingilisləri, mason yəhudiləri bircə-bircə qılıncdan keçirək, qısa gözlü və bic çinliləri öldürək, demokratiyadan dəm vuran Amerikanı bombardman edək, tənbəl Ərəblərin belini qıraq, əttökən hindliləri yer üzündən silək, əxlaqsız fransızları da yandırandan sonra dünyada qalaq biz Azərbaycan, bir də Monqollar!"