• 704 syf.
    ·5 günde·Beğendi·10/10
    Kandırıldık! Hepimiz bilerek ve isteyerek
    Fi ye dair ne varsa unutun artık. Çi içinde geçerli bu.. Kafanızca yalnızca Pi kalsın şimdi..
    Diğer iki kitap aslında Pi ye uzanan yolları aydınlatıyor dolayısıyla Pi de herşeyin farkına varıyorsunuz.Varılmak istenilen nokta ise yazarın herkesin gözünü açmaya çalışması..
    Bu kitapda demokrasiden eşitsizlikten İslam bilgisinden yönetimden insan ilişkilerinden ve daha birçoklarından bahsediliyor. Psikolog kimliği ile yazar, kendi düşünceleri karakter Eti ile bize aktarıyor.. Deniz ile çevresindeki herkesi sağduyulu olmaya birlik içinde hareket etmeye aslında biz olmaya davet ediyor. Özge ise tam bir iç savaş halinde.. Zihni ona yenildiğini söylüyor sürekli.. Kendine niçin orada olduğunu hatırlatıyor sürekli yapmak istediklerini ve neler yapmak zorunda olduğunun farkına varıyor en sonunda. Herkesin aynı eşit paya kavuşması ve Daha yaşanılabilir bir dünya için savaşa devam ediyor. Sürpriz bir şekilde! yönetimin için de var olarak küllerinden yeniden doğarak temsilci kimliği ile hikayenin sonunda bizlere el sallıyor. . Herkesin hakkını savunmasını dilediği bir temsilci haline geliyor. Hiçbirşeyin imkansız olamayacağını tekrar hatırlatıyor böylece bizlere..Final ise tam bi sürpriz
    Şimdi gelelim asıl mevzuya.. Şahsi görüşüm ve düşüncem daha fazlası da olabilirdi. Hatta diğer ikisine gerek duymadan tek kitapda da anlatılmak istenilen mesajı evrene yayabilir di! Söz meclisden dışarı elbet kalemine sağlık sağduyulu kadın İnşallah devamı da gelir..
  • 500 syf.
    ·467 günde·Puan vermedi
    Çox az sənətkar var ki, sadəcə bir əsəri ilə ədəbiyyat tarixində iz buraxa bilib.

    Yazıçı Emili Brontenin "Uğultulu Təpələr" (ing. Wuthering Heights) romanı onun sehrli sənətini bizlərə tanıdan yeganə əsərdir. Bir qədər kədərli də olsa, roman yazıçının ölümündən bir il əvvəl nəşr olunub və bu romanın klassik ədəbiyyatda kəşf olunmasının maraqlı tarixçəsi var:

    Emilinin şairəlikdəki istedadının ailəsi tərəfindən kəşf edilməsi ilə, bacıları Şarlotta və Enn ilə birlikdə 1846-cı ildə ortaq bir şeir kitabı yayımladılar. Əsəri dövrün qadın yazıçılara qarşı qəsdi-qərəzliklərdən qurtula bilmək məqsədi ilə həm oğlan, həm də qadın adı olaraq işlədilən təxəllüslərlə çap etmişdilər.

    İşlətdikləri təxəllüslər gerçək adlarının baş hərfləriylə eyni baş hərfi daşıyırdı: Şarlotta (Charlotte) üçün Karrer Bell (Currer Bell), Emili üçün Ellis Bell və Enn (Anne) üçün Ekton (Acton) Bell.

    Bacıları kimi, Emilinin də sağlamlığı evdəki və məktəbdəki çətin vəziyyət səbəbilə pisləşib. Qardaşının sentyabrdakı cənazəsi dövründə qrip olmuş və hər cür tibbi müdaxiləni rədd etdikdən sonra, 19 Dekabr 1848-ci il tarixində vəfat edib. Havord, Qərbi Yorkşir bölgəsində dəfn olunub.

    Yegnə romanı "Uğultulu Təpələr", ruhi vəziyyətin sirlərini işıqlandırmaq əvəzinə daha da qaranlıqda buraxıb.

    1847-ci ildə "Uğultulu Təpələr" romanı, üç cildlik bir seriya içərisində ilk iki cildi olaraq nəşr olunub. Son cild bacısı Enn tərəfindən yazılan “Aqnes Qrey” adlı romandır.

    Roman nəşr olunduğu ildə bəzi anlaşılmaz məsələlərə görə nəzərə çarpacaq qədər diqqəti cəlb etməmiş, bəzi tənqidlərə tuş gəlmişdi. Ancaq tezliklə vəziyyət dəyişmiş, roman prerafaelitlər içərisində dərin təəssürat oyatmışdı. İngilis şairi, rəssamı Qabriel Rosseti: "Romandakı hadisələr cəhənnəmdə baş verir, sadəcə yer və insan adları inglis dilindədir", yazmışdı. Estetizm nəzəriyyəçisi A. Simonsa görə: "Hələ heç vaxt roman belə tufanla qopmamışdı".

    İngilis yazıçısı Uilyam Somerset Moem "Uğultulu Təpələr" romanını on ən yaxşı roman siyahısına daxil edib.

    Emili Brontenin yeganə romanı "Uğultulu Təpələr" fərqli düşünülmüş süjet xətti, bir neçə rəvayətçidən yeniliklə istifadə edilməsi, təbiət hadisələrinin canlı, romantik izahı, parlaq bədii quruluşu, qotika üslubunun təsirləri ilə, gec romantizmin və erkən viktorian ədəbiyyatının klassik nümunəsidir.

    Romanın qısa məzmunu

    Roman səyahətçi cənab Lokvudun ev sahibi və qonşusu Hitklifin Qərbi Yorkşirdə yerləşmiş malikanəsini ziyarəti ilə başlayır. Evdə qonağı soyuq qarşılayırlar. Pis hava şəraitinə görə malikanədə gecələməyə məcbur olan qonaq, qısa yuxusuzluq saatlarından sonra Hitklif və Ketrinin bədbəxt məhəbbətləri haqqında dumanlı və qarışıq yazılmış əlyazmanı tapır...

    Səhər evə qayıtdığında, cənab Lokvud qulluqçu Nellidən xahiş edir ki, əlyazmanı tamamlasın və Nelli ona "Uğultulu Təpələr", onun sakinləri barədə danışmağa başlayır. Nellinin hekayəsi otuz il əvvəldən başlayır...

    Roman kompozisiyasının əsasları

    "Uğultulu Təpələr" romanı, ziddiyyətlərin harmoniyası üzərində qurulmuş əsərdir. Onda dixotomiyalar (ardıcıl surətdə ikiyə bölünmə) səsləşir: ağ və qara, həyat və ölüm, hər şey və heç nə.

    Romanın quruluşu, dil vasitələri kifayət qədər parlaq və maraqlıdır, dilin müxtəlif təsvir vasitələri: epitetlər, metaforalar, hiperbolalar, müqayisələrlə zənginləşdirilib.

    Qəhrəmanları arasında qohumluq əlaqələrinin çoxbudaqlılığına baxmayaraq "Uğultulu Təpələr" romanı diqqət və səliqə ilə qurulmuş kompozisiyaya malikdir. Lakin zaman qatlarının birləşməsi çox mürəkkəbdir.

    Roman, 1801-ci ildə cənab Lokvudun ilk dəfə Uğultulu Təpələrə gəlməsi ilə başlayır. O vaxta qədər də çox əvvəl başlamış hadisələr artıq kulminasiyaya yaxınlaşır. Qulluqçu Nelli Dinin hekayələri oxucunu çoxillik keçmişə aparır, eyni zamanda həm də indiki zamana gətirir.

    Müxtəlif zaman qatlarının birləşdirilməsi montaj vasitəsilə edilir. E. Bronte nəqletməni daha dinamikləşdirmək, böyük məna yükü daşıyan mühüm anlara diqqət çəkmək üçün bu metoddan istifadə edib.

    "Uğultulu Təpələr" romanında qəhrəmanların mürəkkəb qruplaşması diqqət çəkir.

    Qəhrəmanları iki qrupa bölmək olar: Uğultulu Təpələrin sakinləri - Ernşo ailəsi və Sığırçınlar xutoru - Lintonlar ailəsi. Romanın gedişatında qəhrəmanların qruplaşmasında yerdəyişmə olur: birinci qrupun qəhrəmanları ikincisinə keçir və əksinə.

    Personajların bu cür "düzülüşü" E. Bronteyə imkan verir ki, eyni qəhrəmanları müxtəlif dünyadakı ruh halını və davranışlarını göstərə bilsin.

    Qarşılaşdırma və müqayisəli obrazlar yaratmaqla müəllif oxuculara qəhrəmanların daxili dünyasını başa düşməyə şərait yaradır.

    Romanda qəhrəmanalrın qarşılaşdırılması ilə iki müxtəlif xarakter açılır: Xindli - hisslərinin qulu və Edqar - ağlın xidmətçisi. Qarşılaşdırma prinsipi həmçinin kiçik Keti obrazının yaradılmasında da istifadə olunub. Anasından aldığı güclü hisslərlə bərabər, Keti həm də göyərçin kimi yumşaq və sevimli ola bilirdi.

    Qarşılaşdırma ilə yaratdığı qəhrəman obrazlarla - Xindli və Edqar, Ketrin və onun qızı - müəllif göstərməyə çalışıb ki, insanda hiss və ağlın harmoniyası pozulduqda daxilində özü-özü ilə münaqişə başlayır.

    E. Brontenin romandakı mənzərə şəkilləri yığcamdır. Peyzajlar sadəcə oxucuda emosinoal təsir buraxmaq üçün istifadə edilib.

    "Uğultulu Təpələr" o anda başlayır ki, artıq hadisələr razvyazkaya yaxınlaşır.

    Nəticədə kompozisiyanın əsas elementlərinin ənənəvi məntiqi ardıcıllığı (ekspozisiya (bədii müqəddimə), zavyazka (rəbt), kulminasiya, razvyazka (qət, açılış, final) pozulur. E. Brontenin süjet-kompozisiya inversiyası üsulu, oxucunu elə ilk səhifələrdən özünə bağlayır.

    Romanda kompozisiya halqası prinsipi ilə hərəkət edilib. Lokvudun Uğultulu Təpələrə baş çəkməsi ilə başlayır və roman analoji səhnə ilə də bitir.

    Kompozisiya halqası oxucunu romanın əvvəlinə qaytarmağa və hadisələrin alt tərəfini görməyə imkan yaradır.

    Beləliklə, E. Brontenin "Uğultulu Təpələr" romanının kompozisiyası haqqında halqaşəkillidir, başlanğıcla son birləşir, deyə bilərik, eyni zamanda, keçmişə müraciət etmənin mürəkkəb və kompleksli elementərini daşıyır.

    Romanda fəlsəfi görüşlər

    "Uğultulu Təpələr" romanında yazıçının mürəkkəb fəlsəfi görüşləri öz əksini tapıb.

    Dünya haqqında təsəvvürləri E.Brontenin özünəməxsus dünyagörüşündən alırıq.

    Roman ortodoksal dindarlığın təsirindən azaddır: Hitklif və Ketrin Ernşo kilsə hakimiyyəti və axirət dünyası təsəvvürlərini rədd edirlər.

    Dünya ehtirasına qapılmış Ketrin əmindir ki, onu hətta on iki fut dərinə basdırsalar da, üstünə bütün kilsə dağılsa da, cənnətdə də dərin bədbəxtlik və narahatlıq hiss edəcək.

    Həyatda ayrılmış Hitklif və Ketrini, axirət dünyasında xristian cənnəti və ya cəhənnəmi deyil, birləşmə arzusu gözləyir. E. Bronte ölümə, dünya zəncirlərindən qırılma kimi baxırdı. Bütün roman boyu romantizmin xüsusiyyətləri təkcə yazıçının insan ehtiraslarına, istəklərinə marağında deyil, həm də romanın dilində də, bu istəklərin, ehtirasların təsvirində də görünməkdədir. "Onu öz dəyərsiz varlığın tərəfindən sev - Hitklif Edqar Linton haqqında deyir, - o səksən il ərzində belə mənim bir gündə verdiyim sevgini verə bilməzdi".

    Roman qəhrəmanının psixologizmi

    Roman qəhrəmanı Hitklif obrazı oxucu qarşısına, daxilində dərin hissləri və ehtiraslarından əzab çəkən mürəkkəb, ziddiyətli şəxsiyyət kimi çıxır.

    O, eyni zamanda, həm yaraşıqlı, həm çirkin, həm xeyirxah, həm qəddardır və bu daxili konflikt Hitklifi daha sirli edir, oxucunu özünə çəkir.

    Hitklif xarakterinin xüsusiyyətləri, onun uşaq yaşlarında başlamış və gənc yaşlarında davam edən şəxsiyyətinin harmoniyasının pozulması ilə formalaşmışdı.

    Həyatının başlanğıcında yaşadığı yalan və alçalmalar şəxsiyyətinin formalaşmasına da təsir göstərmişdi.

    Hitklif, şübhəsiz ki, güclü iradəyə malik idi, öz hədəflərinə həmişə nail olurdu.

    Yüksək emosionallıq, coşqunluq və həyəcanlanma xolerik temperamentin üstünlüyünə işarə idi. Baş qəhrəman obrazı - zidd hisslərlə dolu qiyamçıdır, mövcud qayda-qanunlara qarşı, eyni zamanda dinə qarşı çıxır. Hitklifin anlayışında intiqam, ədalətsizliyə və şərə qarşı üsyandır.

    Virciniya Vulf yazırdı: "... ədəbiyyatda daha canlı kişi obrazı yoxdur. Emili Bronte, sanki bizim insanlar haqqında bildiyimiz hər şeyi atıb, sonra boş konturları şəffaflığa qədər həyatın qüdrətli nəfəsiylə elə doldurub ki, onun personajları həqiqətin həqiqətinə çevriliblər. Yaxud o nadir istedada malikdir".

    Hitklifi nə müsbət qəhrəmana, nə də mənfi qəhrəmana aid etmək olmur, amma sözsüz şəri təcəssüm etdirir, onu hətta iblis də adlandırırlar. Lakin oxucunu ilk növbədə Hitklifin mistik təbiəti cəlb edir.

    Romanın ekranlaşdırılması

    XX əsrdə roman müxtəlif rejissorlar tərəfindən dəfələrlə ekranlaşdırıldı, bu rejissorlar arasında məşhur olanları da vardı: Luis Bunyuel və Jak Rivet. Klassik film 1939-cu ildə çəkilmiş, baş rolda, yəni Hitklif rolunda Lourens Olivyenin oynadığı hesab olunur. 2011-ci il, Britaniya filmi istehsalında Hitklif rolunu qaradərili aktyor oynayır. Adətən ssenaristlər adaptasiya üçün kitabın süjetindən yalnız bir hissəni istifadə edirlər.

    İndiyə qədər "Uğultulu Təpələr" haqqında təxminən on beşə yaxın film çəkilib.

    Onların arasında 1992-ci il, Böyük Britaniya və ABŞ-ın birgə istehsalı olan filmi izlədim.

    Həmin filmi niyə seçdiyimi özüm də tam anlamadım, bəlkə də Hitklif roluna aktyor Ralf Fiennesi daha çox yaraşdırdığım üçün idi. Aktrisa Jülyet Binoç da öz rolunun öhdəsindən məharətlə gələ bilib.
  • 795 syf.
    ·212 günde·Beğendi·8/10
    M.F. Dostoyevskinin "Karamazov qardaşları" (1879-1880) romanı müəllifin şah əsəridir. Dünya ədəbiyyatının ən yetkin nümunələrindən biri sayılır. Rus ədəbiyyatında romanı onun bütün yaradıcılığının mənəvi yekunu və gələcək nəsillərə nəsihəti kimi qiymətləndirənlər var. Hətta bir qədər irəli gedib Dostoyevskini rus vicdanını əks etdirən peyğəmbər və müəllim adlandıranlar da (K.V. Moçulski). Bəlkə S. Freydin "Dostoyevski və ata qatilliyi" adlı uzun yazısını oxumasaydım, əsərin başqa müasir psixoloji təhlilləri ilə tanış olmasaydım və romandakı obrazların öz ətrafındakı insanlarla psixopat tiplər kimi davranmasını fərq etməsəydim, mən də öz aləmimdə müəllifin insanlığın xilaskarı, peyğəmbərlik xüsusiyyətlərini təsdiqləmiş olacaqdım. Bu kimi xırdalıqları bildiyim halda yazımın əvvəlində qeyd edim ki, Fyodor Dostoyevski özünün yaratdığı bütün əsərləri ilə, mistik realizmi ilə məndə təsirini buraxan, heyrətləndirən, öyrədən, son əsərində yazmış olduğu kimi "insan ruhunun dərinliklərinə enə bilən" istedadlı yazıçı olaraq qalır, onun həyat hadisələrini, insan münasibətlərini çatdırma məharətinə heyranlığım zərrə qədər də azalmır, bunu dəfələrlə digər əsərləri barədə yazılarda da vurğulamışam. Hesab edirəm, müəllifin "Karamazov qardaşları" romanında yaratdığı obrazının dili ilə işlətdiyi "Həyatın, ən diqqətli yazıçının belə gözündən qaça biləcək minlərlə xırda təfərrüatı vardır", cümləsində, diqqətli yazıçı, romançı ifadəsi məhz Dostoyevskinin özünə aid, sənət yaradıcılığında yüksək zəkası, istedadını təsdiq edən bir cümləsidir.
    Dostoyevskinin bioqrafiyasından olduqca qarışıq bir şəxsiyyətə malik olduğunu bilirik. Freyd onun halını dörd müxtəlif istiqamətdən dəyərləndirib. Yaradıcı bir insan, nevrozlu bir xəstə, əxlaqçı və günahkar bir kimsə. Müəllifin ruh halının araşdırılmasında müasir psixoloji təhlillərdə isə Dostoyevskinin genetik olaraq epilepsiya xəstəsi olduğu qeyd edilir. Bəziləri yazıçının xəstəliyi hələ doqquz yaşında halusunasiya əlamətləri ilə, digərləri epilepsiyanın başlanğıcını 1830-cu ildə atasının ölümü ilə, üçüncü qrup isə hesab edir ki, 28 yaşında Sibirə sürgün edildiyi zaman başlayıb. Dostoyevskiyə aid tanışlarının yazdığı əksər avtobioqrafiyalarda onun tez-tez ürəkgetmədən, bayılaraq yıxılmadan əziyyət çəkməsi qeyd olunub. Tibbi ensiklopediyanın məlumatına görə bu xəstəliyin baş verməsinin səbəbi sinir sisteminin pozulmasıdır. Amma heç də psixi xəstəlik deyil. Epilepsiyaya "dahi xəstəliyi" damğasının vurulması da elə- belə olmayıb. Tarixə müraciət etsək görərik ki, Napoleon Bonapart, Yuli Sezar, Dostoyevski, Qeorq Fridrix Hendel, Alfred Nobel, Dante kimi böyük tarixi şəxsiyyətlər bu xəstəlikdən əziyyət çəkiblər.
    Yazıçının xəstəliyi onun əsərlərinin üslubuna da öz təsirini göstərib. Bəzən gərgin və impulsiv yazması, bəzi ifadələrin uzun və çətin anlaşılan olması, termin, sitatların yüklənməsi, eyni sözlərin müxtəlif intonasiyalarda işlənməsi və s. xəstəlik tutmaları ilə əlaqəli olduğu düşünülür. Təsadüfi deyil ki, "Kitabsevərlər" (KİB) qrupunda Dostoyevski əsərlərindən sitatlar paylaşdığım zaman, rəylərdə "Mən onun əsərlərini oxuyanda uzun müddət təsirindən çıxa bilmirəm", "Ürəyim sıxılır, əsəblərim tarıma çəkilir", "Adamı gərgin psixoloji sarsıntıya məruz qoyur" kimi fikirlər qeyd edən üzvlərlə rastlaşıram. Bu yerdə Dori Lessinqin "Zamanı gəlməmiş bir kitabı heç vaxt oxumayın" tövsiyəsini xatırlatmaqdan başqa çarəm qalmır. Yaxud bir başqa kitabsevər üzvümüzün mənə yönləndirdiyi qeyri-adi "Əsəri oxuyub bitirdiyinizdə cənnəti hiss etdinizmi?" sualı təəccüb doğurmuşdu. Bu məsələni psixoloji tərəfindən anlamağa çalışdım. Yazıçının xəstəliyi ilə bağlı bir sıra məsələləri incələdim. Belə bir məlumata rast gəldim. Dostoyevski tez-tez baş verən tutmaları sırasında bəzən vəcdə gələrək sevinc, məftunluq, çoşqu dolu havaya girməsindən bəhs edib: "Bir neçə dəqiqəlik elə bir xoşbəxtlik hiss etdim ki, adi həyatda bunu hiss etmək mümkün deyil, elə bir şövq ki, başqa biri anlaya bilməz. Mən özümü özümlə, eyni zamanda bütün dünya ilə tam harmoniyada hiss etdim, bu hiss o qədər güclü və şirin idi ki, bir neçə saniyəlik həzz üçün həyatımın on ilini, bəlkə də bütün ömrümü verərdim". Ola bilər ki, epilepsiya tutmaları zamanı xəstənin şüurunda ani dəyişiklik (kosmik şüura keçid) baş verib. "Aydınlanma səyahəti" (2016) kitabını oxuyanlar kitabın son bölməsindən yəqin ki, bu abzası xatırlayarlar: "Kosmik şüur sadə şüurdan və Özşüurdan çox böyük dərəcədə fərqlənməsə də, bir-iki saniyə müddətində belə kosmik şüur daşımış insan əvvəlki şüur səviyyəsinə bir daha qayıtmayacaq, iyirmi, otuz, ya da qırx il sonra daxilində ilahi aydınlanmanın təmizləyici, gücləndirici və ucaldıcı təsirini hiss edəcək, ətrafındakı bir çox insan da onun ruhani şəxsiyyətinin orta insanlarınkından üstün olduğunu anlayacaqdır". Qısası, ola bilər ki, kitabsevər dostumuzun "cənnəti hiss etmək"lə bağlı ünvanladığı sualın cavabını elə burda axtarmaq lazımdır. Dostoyevski özü də bu halı yaşayıb və təbii ki, həmin vəziyyətini əsərinə də daşıya bilibmiş. Təbii ki, bu mənim bir iddiamdır, məsələ tamam başqa cür də ola bilər. Buna baxmayaraq əsəri oxuyarkən mütəəssir olduğum səhnələr olmadımı? Olmaya bilməzdi, yazıçının yaratdığı son səhnə, "İlyuşanın torpağa verilməsi" səhnəsi (Sonda Alyoşanın ətrafına toplanmış 12 oğlan uşağı ilə birlikdə xeyirxahlığa xidmət edəcəkləri barədə andiçmə). Bu günə qədər psixoloq, psixiatrlar tərəfindən ruh halının tam təhlili verilməmiş Dostoyevski fenomeninin, ideya mövqeyinin qəti bir hər hansı fəlsəfi cərəyana bağlanmayan (S.Xəlilov), ədəbiyyat dahisinin ustalığını vurğulayan final səhnəsi deyərdim. Ədəbi-fantastik fikirlə desəm, kitabsevər dostumuzun sualını da burdan cavablamış olum, mən "cənnəti" məhz əsərin son səhnəsində hiss etdim (hətta səhnə ilə bağlı 1990-cı il SSSR istehsalı "Uşaqlar" filmini də izlədim. Film demək olar, kitabdakı səhnələrlə eyni çəklib, kitabı oxuduqdan sonra izlənməsi məsləhətdir).
    Dostoyevskinin son əsəri olan "Karamazov qardaşları" haqqında bütün düşündüklərimi, hisslərimi qısa bir məqalədə ifadə etmək çətin olar. Əsər öz ideyasının dərinliyi, psixoloji təhlillərin incəliyi və mürəkkəbliyi ilə seçiləndir.
    Yazıçı demək olar ki, əhalinin bir çox təbəqələrindən obrazlar yaratmış və onları ən geniş şəkildə psixopat elementlərlə zənginləşdirərək ortaya mükəmməl bir iş çıxara bilmişdir.
    Ədəbi təhlillər arasında hesab olunur ki, romanda olan Dmitriy, İvan və Aleksey Karamazovlar qardaşları obrazlarının hər üçü Dostoyevskinin mənəvi inkişafının üç mərhələsinin simvollaşdırmışdır. Romanda baş verən hadisələr cəmi iki həftə ərzində keçsə də, müəllifin bizə təqdim etdiyi hekayələr, mübahisə-münaqişələr, bir neçə detektiv əsərə mövzu ola biləcək qarşıdurmalar, fəlsəfi söhbətlər, ailə-məişət dramları, oxucuda sanki olayların uzun zaman kəsiyində baş verməsi təəssüratını yaradır. Müəllif yaratdığı obrazların bir-birinə zidd davranışlarını, şübhəli və yanlış hərəkətlərini, mənəvi əzablarını anlamaq üçün onların daxili dünyasına dərindən nüfuz etməyə çalışmışdır. Yazıçı buna monoloqlar, ideya mübahisələri, qalmaqallar, təhqirlər və etiraflar, ifadə vasitələri istifadə etməklə nail olub.
    Süjet xəttindəki kəskin dönüşlər, fikir və maraqlardakı ixtilaflar oxucunu daima gərginlikdə saxlayır.
    Romanı oxuyarkən qarşımıza üzvləri şəxsi xarakter xüsusiyyətlərinə görə bir-birindən fərqlənən degenerativ bir ailənin dərin dramı çıxır. Fyodor Pavloviç Karamazov obrazı yazıçının qızı Lyubov Dostoyevskayanın sözlərinə görə bir çox xüsusiyyətləri Dostoyevskinin öz atasının xüsusiyyətləri ilə uyğun gəldiyi üçün onun prototipi hesab edilə bilər. Ancaq başqa insanlarla eyniləşdirən araşdırmaçılar da var.
    Fyodor Pavloviç, Dmitriy, İvan və Smerdyakov üçün xarakterik olan sosial mənəvi tənəzzül, ifrat dərəcədə məsuliyyətsizlik ədəbiyyatda "Karamazovizm" (карамазовщина) adını almışdır. Dostoyevskinin fikrincə bu fenomenin qınanması rus xalqının mənəvi dirçəliş yolunda şəfası olacaq. Ancaq "Karamazovizm" səlnətətində, hər şeyin sərbəst buraxıldığı bir mühitdə, şiddət və eqoizmin hökm sürdüyü atmosferdə cinayət qaçınılmazdır və bunda hər kəs günahkardır, o cümlədən dini həqiqəti axtaran Aleksey Karamazov da.
    Romanda pulun rolu haqqında da qısaca qeyd edim. Ümumiyyətlə Dostoyevskinin demək olar əksər əsərlərində kapital və onun dağıdıcı gücü sosial problemərin səbəbi kimi qabardılıb. Doğrudur, "Qumarbaz", "Cinayət və cəza" romanlarında müəllifin pula münasibətində ziddiyyətlər görsək də, "Karamazov qardaşları"nda məsələ tamam başqa cürdür.
    Müəllif 1876-cı il üçün öz gündəliyində (Leninqrad, Nauka, 1981) Rusiyada kapital hakimiyyətinin artması və cəmiyyət üçün onun dəhşətli təzahürlərini, "xalq artıq anlayırdı ki, hazırda pul kimdədirsə, hakimiyyət də ondadır" şəklində qeyd etmişdi.
    Bir çox ədəbi tədqiqatçılar və tənqidçilər islahatlar sonrası Rusiyasında kapitalizmin inkişafında sosial-psixoloji münasibətlərin öyrənilməsində məhz "Karamazov qardaşları" romanına müraciət etmişlər. Bu da təsadüfi deyil, romanı oxuduğumuzda, o dövrdə insanlar arası münasibətlərin dəyərinin pula görə ölçülməsi ən incə nüanslarına qədər işlənməsinin şahidi oluruq. Qoca Karamazovla oğlanları, Dmitri ilə Katerina, Dmitri ilə Qruşenka və s. pulla bağlı münasibətləri. Hətta Dostoyevskinin gündəliyində pulun hakim olması haqqında qeyd etdiyi fikrinə Fyodor Karamazovun kiçik oğlu Alyoşa ilə söhbətində rast gəlirik: "Qruşenka ilə istəsəm, indi də evlənə bilərəm, çünki Aleksey Fyodoroviç pul ilə nə istəsəm edə bilərəm!" Qoca Karamazov yaşadığı kapitaliz şəraitində artıq pulun gücünü dərk etmişdir, hakimiyyətin onun əlində olmasının fərqindədir. Müəllif məhz bu kimi təsvirlərlə dövrünün çirkinliklərini öz qəhrəmanlarını seçim qarşısında qoyaraq xeyir və şərin mübarizəsi qarşıdurmasında, ədəbiyyatda bir problem olaraq qaldırmışdır. Yazıçı bununla cəmiyyətin pula olan münasibətini dəyişməsinə, insanları özlərində mənəvi dəyərləri inkişaf etdirməyə, xeyirxahlığa səsləmişdir.
    Sonda qeyd edim ki, "Karamazov qardaşları" romanı ədəbi əsərlər içərisində özünün dərin estetik və fəlsəfi məzmunu ilə fərqlənir. Buna görə də illər keçsə də, tədqiqatçılar əsərə yenidən dönüş edərək onda yeni aspektlər və yollar öyrənməyə cəhd edirlər.
  • 704 syf.
    ·43 günde·5/10
    Fi ve Çi'deki kadar etkilendiğimi söyleyemem. İlk 500 sayfa gayet keyifliydi lakin yazar, diziyi finale götürmek isteyen yönetmen edasıyla son bölümlerinde alel acele bir final yaptı. Anlam veremediğim bir sürü olay oldu. Okumayın diyemem eksik okumak yanlış fakat çok keyif aldığımı da söyleyemeyeceğim :)
  • 432 syf.
    ·26 günde·6/10
    Çırak'ta bu yazarın diğer kitapları gibi çok beğenilmiş ancak ben tiryakisi olamadım. Cerrah'tan sonra yine elimden düşüremeyeceğim bir kitap olacağını düşündüm ama aksine elimde süründü. Genel olarak vasat diyemem, bu haksızlık olur ama kitap eksik kalmış gibi.
    Mesela Çırak denmiş bu hikayedeki katile. Ben bunun üzerine bir geçmiş okuyacağımı düşündüm, Cerrah ile Çırağının geçmişini, çünkü çırak kelimesi bir eğitilme çağrıştırıyor benim kafamda. Oysa kitapta sadece ikilinin mektuplaştığı yazılmış, bu mektupların içeriği hakkında fikir sahibi olamıyorsunuz. Bu yüzden de bence Dominator yani katil Cerrah'ın çırağı değil hayranı sadece.
    Kitapta anlatılan bazı olaylar da yarım kalmış gibi geldi bana. Bazılarında ise detaya inilmemiş ve oluşan soru işaretleri de cevaplandırılmamış. Yazar özellikle mi tercih etmiş bunu bilemem ama bu durum okur olarak beni biraz rahatsız etti.
    Hele sonu... Hikaye güzel ilerliyor ve anlatımdan dolayı da vurucu bir final beklentisine kapılıyorsunuz ancak hiç te öyle olmuyor. Çok basit hatta kitabın diğer kısımlarına bakıldığında gölgede kalan bir ''son'' olmuş.
    Çırak, Rizzoli & Isles Serisinin 2. ci kitabı ama bence 1.cisi sayılmalı. Çünkü Dr. Maura İsles ile okur bu kitapta tanışıyor ve Cerrah'ta adeta yardımcı oyuncu olan Jane Rizzoli burada başrolde.
    Polisiye seviyor ve bu kitabı da merak ediyorsanız tavsiyem ilk önce Cerrah'ı okumanızdır. Böylece hikayeyi kafanızda oturtabileceksiniz. ;)