Məndə əməlli-başlı çevriliş baş vermişdi. Hamı kimi, həyatın ritmlərini duyurdum, hamının aldığı havanı alırdım; indi isə aydın hiss eləyirəm ki heç nə əvvəlki kimi deyildi.İşıq dolu geniş pəncərə, gözəl günəş, buludsuz səma, cazibədar sarı çiçək- hər şey solmuş, hər şey kəfən kimi ağ olmuş və yolumun üstə sıxlaşan bu kişilər, qadınlar, uşaqlar gözümə kabus kimi görünməyə başlamışdı.
Sayfa 54