Fareed

Fareed
@cosmicbandito
Pəncərədən də gördü ki, Daşkənd qatarı ötüb-keçdi, bir anlığa qatarın içini gözünün qabağına gətirdi: vaqonlarda adamlar oturub, hərə öz işində — kimi çay içir, kimi də araq... Oturub söhbət eləyirlər, heç birinin də eyninə deyil ki, Boranlı razyezdində Yedigey adlı bir adam qəfil bəla kimi gəlmiş bu çalağangözün qarşısında oturub. Ürəyini sıxan bir qüssə içində, az qala, durub o qatarın dalınca qaçacaq, minib hara gəldi, baş götürüb gedəcəkdi, təki bu otaqda olmasın.
Reklam
Yedigey bir tərəfdən də özünə təəccüb eləyirdi, elə ağrıyıb-acıyırdı ki, elə bil onların başına gələn işlərin onun özünə dəxli vardı. Axı bu adamlar onun nəyi idi? Axı o, özünə deyə bilərdi ki, bu sənin ağlın kəsən şey deyil, sənə nə qalıb? Bir də sən kimsən ki, haqqın olmayan işlərə baş qoşursan, haqq-hesab aparırsan? Zəhmətkeşin, çöllünün birisən, dünyada sənin kimilərin sayı-hesabı yox, sənmi qəzəblənməlisən, sənmi hirslənməlisən, həyatda nəyin ədalətli, nəyin ədalətsiz olduğu barədə sənmi öz vicdanını narahat eləməlisən? Axı bu işlərin başında duranlar, yəqin ki, sən Boranlı Yedigeydən çox bilirlər. Sənin bu Sarı-Özəkdə bildiklərin hara, onların orada bildikləri hara!.. Axı sənin nə dərdinə qalıb? Di gəl ki, nə qədər eləyirdi sakit ola bilmirdi ki, bilmirdi.
Sayfa 124Kitabı okudu
İndi bu barədə danışmaq olmur, cavanlar gülür : "Qoca sarsaqlar, canınızı çürütmüsünüz...Axı nəyin xatirinə?" Doğrudan da, axı nəyə görə? Deməli, bir səbəb varmış...

Reader Follow Recommendations

See All
Keçmişini unudan adam dünyada öz yerini, mövqeyini təzədən müəyyən etmək zərurəti qarşısında qalır.
Gün var əsrə bərabərKitabı okudu
Reklam
392 syf.
8/10 puan verdi
Düzünü bilmək istəyirsənsə, cavanlıq illəri ilə bağlı mənim sən deyən elə bir xoş təəssürətım da yoxdur, inan mənə! Nə görmüşəm o vaxt? Heç nə. Cavanlığım yadıma düşəndə daha da kədərlənirəm. İndi isə mən özümə görə əməlli-başlı bir adamam, bu şoğərib şəkər olmasaydı, özümü lap xoşbəxt hiss eləyərdim. Daha heç nə lazım deyil mənə, necəyəm, nəyim var? – bəsimdir, razıyam elə belə də qalsın.
Nədənsə uşaqlığım az-az yadıma düşür. Bəlkə yada salmaq istəmirəm, bəlkə yada salınası günlərim olmayıb?
Sayfa 146Kitabı okudu
Bu adətləri bütün qayda-qanunları ilə yerinə yetirəndə, insan arabir qanı qanından olan varlığı həmişəlik itirdiyini - bəşər övladının mövcud olduğu müddət ərzində ən dəhşətli və ağır dərdi unudur.
431 syf.
·
Not rated
Reklam
Özümü sınamaqdan qorxduğum üçün məni uğursuzluğa sürükləyən, başımın içindəki o acıqlı cırtdanlar olmadan mən kiməm? Və o səslər haradan gəlirdi? O səslərdən bəzisi cəmiyyətin qərəzli fikirlərini təkrarlayır, bəzisi şəxsi hekayəmizi əks etdirir, bəzisi də genetik mirasımızın qalığıdır. Bəs daxilimizdəki monoloqları yenidən yaza bilsək, hətta onları tamamilə susdura bilsək, nə baş verər?
Heç bir güzəştə getmədən, həqiqət axtarışına çıxmaq — ruhani səyahətdir və elə bir yoldur ki, dini və elmi müəssisələrin sərhədləri daxilində qala bilməz.
201 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.