• 520 syf.
    ·12 günde·10/10
    Süjet haqqında geniş məlumatdan sonra başlayaq əsas məsələyə. Hər şeydən öncə onu qeyd etmək lazımdır ki, qarşımızda adi, sıravi roman dayanmır. İkinci növbədə əsəri oxumaq kifayət etmir. Şübhəsiz ki, çox şey oxuyub qurtardıqdan sonra ortaya çıxır və əsəri dərk etmək üçün müəyyən ədəbi təcrübə tələb olunur. Təcrübə baxımından nə zənginəm, nə də kasıb. Odur ki, özüməməxsus tərzdə əsəri dərk etmək potensialım var. Artıq bir neçə gündür ki, təhlil prosesi gedir və onu deyim ki, heç bir əsərdə olmayan unikal və əsrarəngiz cəhətlər ortaya çıxır. Əsər haqqında bir nöqtədən başlayaraq müəyyən son nöqtəyədək davam edən resenziya yazılışının çətin və mürəkkəb olduğunu nəzərə alaraq, alt başlıqlarla müəyyən mövzular çərçivəsində analitik məlumatlar verməyi və təəssüratlarımı yazmağı məqsədəuyğun hesab edirəm. Ayrı-ayrı hissələri birləşdirərək müəyyən nəticəyə gəlmək isə oxucunun üzərinə düşür.


    Şeytan obrazı - Hər şey şeytan obrazı ilə başlayır. Standart anlayış olaraq bu sözün dərk edilməsi heç bir çətinlik törətmir, lakin Bulqakov bu əsərində özünəməxsus və fərqli şeytan obrazı yaradıb. Onun adı Volanddır və ənənəvi şeytandan tam fərqlidir. Əgər ənənəvi şeytan yalanlar atasıdırsa, Voland praktiki olaraq heç vaxt yalan danışmır. O, fırıldaqçılıq və yalana qarşıdır. İkiüzlü insanları isə cəzalandırır. Fərqlidir elə deyilmi? Hətta onu da deyərdim ki, romanda elə məqamlar olurdu ki, Voland məndə qibtə hissi yaradırdı.

    Volandın praktiki olaraq bütün addımlarını diqqətlə analiz etmək və müəyyən nəticələrə gəlmək olar. Belə ki, o, 1930-cu illərdə Moskvaya gəlir və Moskvalıları sirk tamaşası vasitəsi ilə bir yerə cəmləyir. O, sadəcə insanları seyr edir. Onların necə də dəyişdiklərini xüsusilə vurğulayır. Bu məqam çox güman ki, Sovet hökümətinin bərqərar olunmasından sonra insanların düşüncə tərzlərinin necə dəyişdiyi və sistemin necə işlədiyini vurğulamaq üçün xüsusi element kimi istifadə edilib. Bundan əlavə ötən əsrin 30-cu illəri gur səslə allahın olmadığının deyildiyi dönəmlərdir. Məhz belə qarma-qarışıq vaxta şeytanın gəlişi təsadüf hesab edilə bilməz.

    Bundan əlavə Voland Moskvaya gəlişinin rəsmi səbəbini isə belə izah edir: sizin ictimai kitabxananızda, orta-əsr qara-mütəfəkkiri Herbert Avrilakskinin əsərləri var və mən yeganə şəxsəm ki, onlarla işləyə bilərəm." Daha sonra biz heç vaxt bu adla rastlaşmırıq və heç Voland da kitab oxuyana oxşamır. Biz elə düşünə bilərik ki, artıq unutmaq olar. Lakin iki səbəbdən biz əsərdə qeyd olunan heç bir elementi ikinci plana ata bilmərik. Birincisi Bulqakov elə bir yazıçı deyil ki, sadəcə informasiya fonu və səs-küyü üçün nə isə fakt adı çəksin. İkincisi isə, şeytan obrazının özünəməxsus xüsusiyyətləridir. Çünki biz yuxarıda da qeyd etdik ki, Voland heç vaxt yalan danışmır və ona görə də biz ona ürəyimizi buz kimi saxlayaraq inanan bilərik. Heç nə elə-belə deyil.


    Herbert Avrilakski - Ensiklopediyada diqqətlə araşdırsaq görərik ki, bu şəxs Roma papası İkinci Silvesterdir. Roma papası seçiləndə o ad dəyişir. Eramızdan əvvəl yaşayan bu şəxs, dövrünə nisbətən olduqca fövqəl savadlı və zəngin dünya görüşünə malik insan olub. Onun ətrafında olan insanlardan çoxusu belə hesab edirdi ki, insan bu dərəcədə çox bilə bilməz və ona görə də burada heç də yaxşı olmayan magiya var. Beləliklə şayiələr gəzməyə başlayır ki, adı çəkilən Roma papası, gənc olanda, Mavritaniyada hansısa yəhudinin evində qul olub. O, sahibinin qızına aşiq olur və onu şantaj eləməyə başlayır ki, mən səni sevirəm və sən mənim olacaqsan, amma bir şərtlə, evdə olan ən dəyərli əşyanı oğurla və ver mənə. Əfsanəyə əsasən bu cadular kitabı olur. Daha sonra Herbert bu kitab vasitəsi ilə şeytanı çağırır, onunla razılığa gəlir ki, şeytan ona kömək etsin - ona biliklər versin və qarşılığında da Herbert ona ruhunu satır. Deyilənə görə bu avropada birinci Faustdur. Faust. Biz Volandın rəsmi açıqlamasını başqa dilə, daha rahat dilə tərcümə etsək, bu belə olar: "Məni burda Faustun əlyazması maraqlandırır". Əsərdə isə son Faust Masterdir və Volanda məhz onun əlyazması maraqlandırır. Bir hiperkeçid nümunəsi.

    Sevgi? - Şübhəsiz ki, Master Marqaritanı sevir. Buna şübhə etmirəm, amma gəlin görək Marqarita Masteri sevirmi? Bu nüansı aydınlaşdırmaq üçün əsərdən olan bəzi epizodları yada salmaq kifayət edər: Marqariya Master üçün darıxır və beşinci gün Manej meydanında oturacağa əyləşir. Elə bu dəm bir kişi ona yaxınlaşır və başlayır Marqarita ilə söhbət etməyə. Marqarita onu başından rədd edir. Daha sonra isə Bulqakovsayağı belə bir sitat oxuyuruq: Mən niyə belə etdim? Mən hələ cavan və gözəl qadınam və məndə hər şey alına bilər. Daha sonra Azazello ona yaxınlaşır və onlar söhbət etməyə başlayırlar. Marqarita isə özlüyündə peşman olur ki, niyə görə evdən çıxanda dodağını boyamayıb. Bu sadəcə bir nümunədir və bizə imkan verir ki, deyək ki, Marqarita Masterə qarşı sevgi hiss etmirdi. Çünki Marqaritada əks cinsə qarşı inanılmaz formada macera həvəsi var idi. Eyni zamanda onun qanuni həyat yoldaşı ilə olan münasibətləri də çox qaranlıq qaldı. Bir qədər də düşünsək bəzi ehtimallar irəli sürmək olar, amma bu əsər haqqında fikirləri daha da mürəkkəbləşdirmiş olur. Odur ki, sadəcə bu nümunə timsalında Marqaritanın şəxsiyyəti haqqında düşünməyə dəyər.

    Şəxsi təəssüratlar - Bu əsər artıq mənim bir hissəmdir. Onu daxilimdə yaşadacam. Sadəcə yaxşı, əla roman kimi qiymətləndirsəm ilk növbədə yazıçının özünə, ikinci növbədə isə əsərə qarşı haqsızlıq etmiş olardım. Bulqakov klassikdir. O, rus ədəbiyyatının sütunudur və yaxşı, ya da pis kimi primitiv kateqoriyaya heç vaxt sığışmaz.

    Əsəri oxuyub başa düşmək barəsində onu deyərdim ki, məncə bu motiv Master və Marqaritaya aid deyil. Hansısa başqa əsərləri oxuyub ya bəyənərik, ya da bəyənmərik, ya başa düşərik, ya da anlamarıq. Bəs bu "Master və Marqarita"-da da belədirmi? Xeyr. Bu əsərdə sadəcə əsərin bizə təqdim etdiyi dünyaya daxil olub ola bilmədiyimiz əhəmiyyət kəsb edir. Odur ki, əsər bir nəfər deyirsə ki, əsəri bəyənmir, bu o deməkdir ki, ya roman oxucunu öz dünyasına buraxmadı, ya da oxucu darvazanın kandarından qorxaraq qaçdı. Prinsipcə səbəb çox ola bilər.

    Əsərin obrazları özündə həddindən artıq böyük miqadarda informasiya daşıyır. Bütün bu informasiyaları saymaqla qurtarmaz, amma gözə dəyən ilk məlumat, yazıçının obrazlarına olan münasibətləridir. Yazıçı zəngin üsullarla öz münasibətini yaradtığı personajlara bildirir. Şeytan və İsa peyğəmbər bu münasibətlərdə ilk yeri tutur. Yazıçının bu iki əks obraza bəslədiyi münasibətin üzərində dayanmayacağam, amma bunun mövcudluğunu bilmək yaxşı olardı. Bundan əlavə yazıçı digər obrazların timsalında da, bir çox məsələyə öz münasibətini bildirir əslində. Buna baxmayaraq Bulqakovun özünü romanda axtarmağa dəyməz. Çünki heç bir obraz onun fikrinin tam daşıyıcısı sayılmır.

    Final - Əsərin sonunda İyeşua (İsa) Masterə hökm çıxarır: "O, işıqlı yox, dincliyə layiqdir, onu qazanıb." İşıq və dinclik. Bir daha fərqli formada baxaq: O, işıqsız dincliyə layiqdir. İşıqsız dinclik isə qəbrdir. Dinclikdən əlavə Master nə qazandı? Ev. Bağlı-bağatlı və rəngbərəng şüşəli ev. Orada o, Marqarita ilə birlikdə yaşayacaq və sözün düzü, xoşbəxt olacaqları da bəlli deyil. Diqqətlə baxsaq başa düşərik ki, ruhunu şeytana satmış insan üçün bu inanılmaz dərəcədə az - minimal qazancdır. Kasıb meşşan xoşbəxtliyi? Bu finalın hər bir xırda detalına diqqətlə baxmaq lazımdır. Master qəbrdədi. Rəngbərəng şüşələr də ancaq günəş olanda gözəllik yarada biləcək. Master artıq heç nə yarada bilməyəcək, Marqarita da həmçinin. Master intellektual baxımdan sonsuzdur, Marqarita da isə çoxalmaq baxımından.

    Əsərin məntiqi çox realistikdir. Zülmət ideal təsvir olunub. Oxuduqca o mühitə düşməmək olmur. O mühiti yaşadıqca isə işıq və zülmət arasında olan mübarizəni rahat görmək olar. İşıq və zülmət. Sadəcə allah və şeytan deyil, sadəcə xeyir və şər deyil, məhz işıq və zülmət mənzərəni daha yaxşı izah edir.


    Görün əsər keçmişi, indini və gələcəyi necə də ideal özündə birləşdirə bilib. Əsərin özündə nə isə qeyri-insani bir şey var. O, inanılmaz dərəcədə mürəkkəb, inaılmaz dərəcədə bədii-ağır, inanılmaz dərəcədə realistik-absurd formadadır. Şəxsən mən oxuduqca inanan bilmirdim ki, bu insan təfəkkürünün məhsuludur.

    Valyuta - valyuta ilə əlaqədar olan məqamları elə-belə, səbəsiz hesab etmirəm. Burada da yazıçının çatdırmaq istədiyi olduqca böyük miqdarda informasiya var, lakin bu daha çox absurd ifşa xarakterlidir. Ehtimal etmək olar ki, yazıçı hökümətin və onun sakinlərinin bir-birinə ikili standartlarını göstərmək istəyir. Bildiyimiz ki, Sovet höküməti üçün valyuta ticarəti qəti-dağan elan edilmişdi. Eyni zamanda biz çox yaxşı bilirik ki, qadağan olunan məsələlərə insan yarandığı gündən həvəs göstərir. Odur ki, əsərin dərk edilməsində ən əsas məqamlardan birisini "valyuta"-dır.

    Şeytan, şeytan, şeytan... - bu anlayış bəşər övladını artıq əsrlərdir ki, hədələyir. İnsan öz mahiyyətinin, varlığının qaranlıq cəhətlərini bu adla adlandırır. Öz qeyri-adekvat davranışlarını abstrakt və absurd, xəyali fantaziya məhsulunun üstünə atır. Ona göz-qaş, buynuz qoyur və hətta bəzən ona sitayiş edir. İnsan ikiüzlü olmağı çox sevir, odur ki, bu etdiklərini onun əksi olan allah adlı abstraktizmə də həsr edir. Bu şou bədii ədəbiyyat üçün artıq neçə illərdir ki, ilham qaynağıdır.

    Piklər - Pik yəni zirvə. Romanda müəyyən piklər var ki, onlar ideya qeyzerləridirlər. Onlardan olduqca irihəcmli təəssüratlar almaq olur. Məsələn, Volandın Moskva əhalisini sirkdə bir yerə toplayaraq onları izləməsi və onların özünə onların özünü tanıtdırması kimi. Bundan əlavə valyuta ilə əlaqədar olan yuxunu da unutmaq olmur. Bütün bu epizodlar çox əhəmiyyətlidir.

    Digər resenziyalar - Ehtiyac yoxdur. Digər resenziyalarla maraqlandım və çox bərbad, primitiv, nostalgia xarakterli mənasız söz yığınları tapdım. Bu əsər çox ciddi əsərdi və əbədi düşüncə tələb edir.

    Son nəticə - Sadəcə oxumaq lazımdır. Oxumaq və düşünmək. Hər şey göründüyü kimi deyil.
  • Xəyalpərəst- əgər bu sözün dəqiq izahını istəyirsinizsə, insan
    deyil, namüəyyən məxluqdur. O, həyatının çox hissəsini xəlvət, əlçatmaz bir guşədə keçirir, gündüz-günorta vaxtı elə bil işıqdan gizlənir; bəzən öz qınına çəkilən ilbizi xatırladır.
  • 131 syf.
    ·4 günde·Beğendi·10/10
    Fikrimcə hər bir müsəlmanın kitabxanasında olması vacib olan bir kitabdır. Kitab "Necə kamil namaz qılaq?"adı altında yazılıb və çox gözəl bir şəkildə izah olunub. Mən kitabı bitirərkən onu anladım ki, oxuduqlarımızı əməllərimizdə əks etdirə bilsek, namazımızla yanaşı gün ərzində etdiyimiz digər əməllər, düşüncələrimiz, fikirlərimiz də kamilləşəcək və ümumilikdə biz Kamil İnsan olmaq yolunda böyük bir addım atmış olacağıq. Bir sözlə namazımız necədirsə, həyatımız da o cürdür. Namazımızı gözəl edək ki, həyatımız da gözəl olsun. Həyatımız gözəl olsun ki, axirət üçün bolluca azuqə yığa bilək.
  • 504 syf.
    ·9/10
    fəlsəfə sevərlər üçün bu kitabı əldə etməkləri bir növ fəlsəfə müjdəsidir. Fikrimcə, bu kitabı daha da oxunaqlı edən nüans, fəlsəfəni nağıl kimi anlatılması idi. Məhz bu yolla fəlsəfə tarixi, gəlmiş keçmiş filosoflar, alimlər, onların həyatları, məqsədləri 500 səhifəlik kitaba rahat izah olunan dildə sığmışdır. Kitabı oxunaqlı edən ən əsas səbəb, fəlsəfənin nağılvari anlatılmasında idi ki, həm azyaşlıların anlamasına, həm də yaşlıların maraqla oxumasına şərait yaradırdı; bu səbəbdən kitab dünyada ən çox satılan kitablardan biridir.

    Kitabın süjet xətdi isə bir başqa aləm idi. Romanın Əvvəllərində Sofinin hətda şizofren olduğunu təxmin etmişdim, lakin sonralar Hilde obrazı ortaya çıxdığı andan təxminimdə yanıldığımı anladım, hadisələr daha sirli və bir o qədər də maraqlı olmağa başladı. Maraqla səhifələrə necə dalmışdımsa bir də ayıldım ki, fəlsəfə tarixində, filosoflarla yanaşı günümüzə doğru üzməkdəyəm (o qədər axıcı idi yəni). Hətda kitabın ortalarından sonra hadislər daha da fantastikləşməyə başlamışdı və bütün bu olanlardan sonra əlbətdə səbrsizliklə sonluğa çatmağa can atırdım. Və kitabı bitirəndə isə əlbətdə bitdiyinə heyfsləndim, amma yazara halal olsun ki, sonluğu çox gözəl və lazım olduğu kimi bağladı.

    Bir çox mövzularda insanı düşündürən, həyata dair beynində suallar yaradan yazıçı kitab qəhrəmanlarının ölümsüzlüyünə toxunması mənimimçün ən həssas məqamlardan biri idi. Bilirəm absurd və gülünc səslənir amma bu vaxta qədər öz yazıb yaratdığım obrazlar haqqında düşünməmək əlimdə deyildi... sadəcə onu deyə bilərəm ki, yazarın təxəyyülünə heyran oldum.
  • 632 syf.
    ·10/10
    Atam məni hər dəfə kitab oxuyan görəndə, deyirdi mütləq Ceyn Eyri oxu. Uzun müddətli təzyiqdən sonra kitabı aldım. Evdə kitabı görəndə sevindi. Başladım oxumaqa. Hansı hissədə bitirirdim mütaliə edirdik, amma heç vaxt spoiler vermirdi, deyirdi sadəcə oxu. Kitabı oxuduqca bağlayırdı məni özünə. Bütün hadisələr çox sakit axarla cərəyan edir. Amma bütün hadisələr o qədər gözəl qələmə alınmışdı, sanki təxəyyülümdə bütün hadisələrin bir seyircisi kimi bir küncdə oturmuşam. Kitabda əsəb, sevinc, kədər, ümid bütün hissləri yaşadım. Bir səhifəsində kədərlənəndə, o biri səhifəsində ümidlənirdim. Bir səhifəsində əsəbləşəndə, o biri səhifəsində sevinirdim. Yazıçının hər dəfə oxucuya müraciəti məni çox sevindirdi. Kitabı oxuduqca hiss edəcəksiniz ki, yazıçıyla oxucu arasında sanki incə bir bağlılıq var. Kitabda bir qadında ancaq bu qədər kübar, mədəni, incə olmağı ilə bərabər hirsli, əzmkar olması bir araya gətirilə bilərdi. Bir qadının cəmiyyət qarşısından əvvəl öz vicdanına, əxlaqi və mənəvi dəyərlərinə qarşı olan hörməti ancaq bu qədər ali tutula bilərdi. Xoşbəxtliyin yalnız pul və zinnətdə olmaması, aid olduğun yerdə olması bu qədər gözəl izah oluna bilərdi. Bir birini sevən qadın və kişi arasında bağlılıqın əsl dəyərini, bağlılıqın fiziki olaraq deyil, ruhən olmasını bu kitabda daha gözəl anlayacaqsız.
  • "Mənim ağlıma gəlməmişdi ki, yazıq İlenka bədəninin ağrısından çox, bəlkə də ona xoş gələn beş oğlan uşağının heç bir səbəb olmadan ona nifrət etmək və onu qovmaq qərarına gəlmələrinə görə ağlayırdı.
    Mən öz hərəkətimin amansız olduğunu heç bir vəchlə özümə izah edə bilmirəm. Necə olmuşdu ki, mən ona yaxınlaşmamış,onu müdafiə etməmiş və ona təsəlli verməmişdim? Yuvasından yerə atılmış dolaşa balasını və ya hasarın dalına atmaq üçün aparılan küçüyü, aşpaz arvadın şorba bişirmək üçün kəsdiyi toyuğu gördükdə məni hönkürtü ilə ağlamağa məcbur edən o mərhəmət hissi necə olmuşdu?
    Doğurdanmı, Seryojaya olan məhəbbətim və Seryojanın qarşısında onun özü kimi qoçaq görünmək arzum məndəki bu gözəl hissi öldürmüşdü? Bu məhəbbətim və qoçaq görünmək arzum axı elə böyük bir şey deyildi? Bu məhəbbətim və arzum mənim uşaqlıq xatirələrimin səhifələrinə yeganə qara ləkələr salmışdır."
  • Ona görə ki, cəmiyyət tərəfindən təcavüzə məruz qalırıq. Mənəvi zorakılıqla beynimizə müəyyən ilahi plan və axmaq ideallar yeridirlər. Özümüzü kəşf etmək əvəzinə bizə hansısa sosial statusun əhəmiyyətini əzbərlədirlər və ona gedən yolun nəzəri və abstrakt metodlarını izah edirlər. Öz mənliyimizi qazanmamış itirib qocalırıq. Yetkin insanlar öz uğursuzluqlarını bizə göstərib deyirlər ki, "mənim kimi olma,filankəs kimi ol!" , halbuki kiminsə həyatını oğurlamaq, onun hərəkətlərini təkrarlamaq nəyə lazımdır? "Həqiqi dedektiv" (True detective) teleserialının ikinci mövsümündə gözəl bir epizod var. Epizodda dedektiv Vudrou deyir: Mən onlar tərəfindən nə deyildisə, hamısını etdim. Ordu, polis idarəsi, fərqi yoxdur. Mənasızdır. Sən edirsən, amma mənası yoxdur. Onlara o qədər uzun müddətdir qulaq asıram ki, kim olduğumu belə bilmirəm. Gözəl sözlərdir və mənliyimizi itirməmək üçün çox ciddi ismarıcdır.