Söyüş
Başqa ölkələrdəki kimi, bizim cəmiyyətdə də kişilər çox söyüş söyürlər. Qadınların söyüş söyməsi isə yaxşı qəbul olunmur. Kişilər öz aralarında söyürlər, yanlarından qadın keçsə, söyüş söyən kişilər dərhal susur və ya başqaları ona qaş-göz edib söyüşü saxladırlar. Söyüş və arqo kəlmələr hər bir dilin bir hissəsidir. Bu cür kəlmələrə ayrıca
Fərqlilik
Hərdən çox sıradan biri kimi hiss edərik, bəzən də hamıdan fərqli biriymiş, üstünükmüş yanılğısına düşərik. Bəzən hamının elədiklərini təkrarlamaqdan diksinərik, elə eyni gündə hamıyla hamı olarıq. Hər birimiz özümüzdə fərqli eynilikləri fərqli şəkildə birləşdirərik. Başqa cür izah eləsəm, 100 özəllikdən 100!(faktorial) qədər fərqli obyekt yarada bilərsiniz. İnsan üçün bu özəlliklər məncə 1-10-100-1000 ya da 1 milyonla sərhədlənmir. Və bu rəqəmin faktorialını çıxarsaq ucsuz bucaqsız 0’larla dolu bir rəqəm alarıq, hansı ki ‘ürəyimiz istiyən qədər’ də artsaq yenə də özümüzü və ya heç bir bəşəri təkrarlamarıq. Bizim fərqlilik alqımıza gəldikdə isə, bu fərqlilik bəşər boyu az təkrarlanan özəlliklərdən başqa bir şey deyil. Əgər tarix boyu cəhalət içində üzən adam sayı bir əlin barmaqları qədər olsaydı, indi bütün kitablar onlardan yazardı. Bir başqa deyişlə, Hamının çox şey bildiyi yerdə cahiləm; Hamının gözəl olduğu yerdə çirkinəm; Hər kəs orta cığırla gedirsə mən divarın küncüyəm; Mənim bəyəndiyim şeyi hamı bəyənməyə başlıyırsa mən artıq onu bəyənmirəm. Siz nə’sizsə mən o deyiləm Yuxarıdakıları şeir və ya rap misraları kimi oxumuyun, sadəcə öz sıradanlığından qaçıram mən də sizlər kimiyəm. #
Reklam
Habil Yaşar, “Ədəbiyyat və incəsənət” Bu dəfə müsahibim Qardaş Türkiyənin sayılıb-seçilən yazarlarından biri olan Gamze Barğın Bulmuş xanımdır. -Salam Gamze xanım ! Necəsiniz? Zəhmət olmasa öncə azərbaycanlı oxuculara özünüz haqqında məlumat verərdiniz. -Salam Hörmətli Habil bəy. Mən Gab Bargınam. Əsl adım Gamze BARGIN BULMUŞ-dur. Əslən İzmir
Habil Yaşar, “Ədəbiyyat və incəsənət” -Zəhmət olmasa öncə özünüz haqqında azərbaycanlı oxuculara məlumat verərdiniz, Serpil xanım. -İlk öncə salam... Qardaş ölkəmiz Azərbaycana sonsuz sevgilərimi çatdırıram. 1972-ci ildə İstanbulda anadan olmuşam. Orta və lisey təhsilimi İstanbulda başa vurdum. Qaradəniz Texniki Universiteti Rize Peşə
Habil Yaşar, “Ədəbiyyat və incəsənət” Türkiyədə özünə ad eləmiş yazarlarla müsahibələrimi davam etdirirəm. Növbəti müsahibim Funda Gündüzdür.
Bütün dövrlərdə, şüurumun bütün inkişaf mərhələlərində mənimçün öz böyüklüyünü qoruyan, zamanla dərinləşən bir atalar sözü var: zorla gözəllik olmaz. Zorla hər şey olar, tamamilə hər şey. Bircə gözəllik olmaz. Nədir gözəllik? Gözəllik - sənin ürəyində gözəllik kimi hiss etdiyin şeydir. Ağlının və dilinin "gözəllik" adlandırdığı,
Reklam
Habil Yaşar, “Ədəbiyyat və incəsənət” Türkiyənin çox oxunan çağdaş yazarları arasında Müzeyyen Eserin də adı tez-tez çəkilir. Ondan müsahibə götürmək şansım yarandı və dərhal da bu şansımı dəyərləndirdim.
Aziz Nesin- Tarzan (Azerbaycan Türkçesi)
Aziz Nesin
Aziz Nesin
Biz Ankaranın Maltəpə məhəlləsində oluruq. Əslimiz ankaralı olmasa da, paytaxtın köhnə sakinlərindənik. Maltəpədə bizim dalandakı üçüncü ev bibimin mülküdür. Bibim ömrünü sizə bağışlayandan sonra, evə biz köçmüşük. Məhəlləmizdə Tarzan adlı bir köpək var. Buraya haradan, nə vaxt gəldiyini bilmirik. Bəlkə də, lap balaca vaxtından burada
Mən necə dəli oldum?
Mən, deyəsən, dəli olmuşam. Əgər bu yazını həqiqi dəlilərdən kimsə oxuyarsa, mənə desin ki, dəliliyin ilk qığılcımları nələrdir? Baş gicəllənməsi, ürək bulanması, hər şeyə tez əsəbiləşmə, qeybdən cürbəcür səslər eşitmək və s. Özümə görə həddindən artıq narahatam. Necə dəli olduğumu başa düşməyimin tarixçəsini sizə izah etməyə çalışacağam. Deməli,
Bu gün şəhərə çökən yağış ilə içimizə illərin bəxş etdiyi sevincin,üzümüzdə donub qalan yarı soyuq,yarı ilıq,ötən illerin xatirəsi vardır.Hamısı bir-bir fikrimizdən,bəzən yavaş,bəzən isə sürətlə keçər.Gözlərimizdə yaş,dərin hüzün,amma bir tərəfdəndə üzümüzdə soyuq bir təbəssüm yaradar.İncidiyimiz könüldənmi düşdük yoxsa,yaşamaq həvəsində olduğumuz xəyallar ilə reallıqların arasında qalmaqdanmı yorulduq.Düşünürəm ki,sonuncu dəfə nə zaman ruhən yorulduğumuzu xatırlamırıqsa,demək dünənidə unutmuş,bu günü yaşayırmış kimiyik.Bu isə,ağıla gəlməyəcək qədər pis,axmaq vərdişdir.Həqiqət bundadır ki, keçmişi xatırlamamalı ama,onu unutmağa çalışmaq əbəs və faydasızdır.Keçmişdən faydalanmadan gələcək qurmaq nə qədər çətin olursa olsun,uzun sürən xoşbəxtlik və dinclik gətirir insana.Bəzən də düşünürəm ki, keçmiş dedikləri əgər keçmişdə qalıbsa,bəs onun verdiyi ağıl və təcrübə nə üçün geridə qalmır.Odur ki,keçmişin üçün ağlamaq yerinə,bəlkə də ona minnətdar olmalıyıq.Bilirsiz niyə?Çünki bir doğmanın və dostun bizə vermədiyi həyat dərsini,bizə çox gözəl izah edib.Bunun üçün həyatda hərşeyə görə üzgün olmağa dəyməz bəlkə də.Hə birdə heçbirşeyin bitməsinə görə üzülmə,yaşadığına görə sevin.Onsuzda hərşey bir gün bitir.
Reklam
-Niyə insanlar bir birlərini anlamaqda çətinlik çəkirlər +Bilirsən sən cavan oğlansan,amma həyat haqqında düşünərək yaşayırsan.Kim olduğunu xatırlayaraq,bu əslində çox yaxşıdır..İnsanlar arasında anlaşmazlıq sadəcə baxış bucaqlarının dərəcə ölçüsünün fərqli olmasıdır. -Dərəcə ölçüsü? +Hə elədir ki var.Təbii ki indi mən sənə bucaqlar mövzusunu izah edəcək deyiləm çünki bugün istirahət günüdür və mən dincəlirəm..Təbiətdə çox şeylər..Eee..əslində hər şey rəqəmlərlə bağlıdır.Kimisi açıq bucaq altında düşünür kimisi isə iti bucaq...Ümidvaram bunu anladın. -Zənnimcə siz geniş və ya dayaz düşüncəni nəzərdə tutdunuz Bəli elədir ki var.Lakin unutma ki 0 da rəqəmdir.Heç riyaziyyatın onu tərk etdiyini görmüsənmi?Yox bu belə olmaz hər kəsə hörmətlə yanaşmalısan...Bəzən mən də 0 dərəcəlik düşünürəm..Yəni sadəcə pəncərə və mən birlikdə sevgi yaşayırıq.O mənə təbiəti göstərir mən də ona gözəl gözlərimi)))... Alıntı
18 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.