127 syf.
8/10 puan verdi
·
Beğendi
Qadınlar üçün həyat
Bu ilki xüsusi olaraq qadın yazarları oxumağa çalışıram. Virginia xanım da çoxdan siyahıda olan yazarlardan idi. Bu dəfə şansı ona verdim. Yaxşı ki, də oxudum. XX əsrin əvvəllərinə qədər qadınların yaşadığı dünya ilə, indiki dünya tamamilə fərqli olduğunu təkrar görürəm. İndiyə qədər bütün araşdırmalar kişilər və ümumi sosial məsələlər üzərində aparılıb. Qadınlar bu məsələdə kənarda qalmışdı. Hazırda durum tam tərsi kimi görünür. İnsanlıq sanki borcunu qaytarmağa çalışır. Bunun da yaratdığı bəzi problemlər var. Kitab başlanğıc olaraq bir insanın əsas ehtiyacı olan şəxsi zonasından başlayır. Fərdi bir otaq bir insanın özünü aktuallaşdırması üçün əsas amildir. Sonrakı mərhələdə bunun fəsadlarını izah edir. Daha sonra digər kişi yazarlar və qadın yazarları müqayisə edir. Düşünürəm ki, bu müqayisə də yerində idi. Kitab keçmiş dövr qadını anlamaq üçün çox gözəl qaynaqdır.
Kendine Ait Bir Oda
Kendine Ait Bir OdaVirginia Woolf · İletişim Kitabevi · 202138,5bin okunma
100 syf.
10/10 puan verdi
Uraqan (Emin Abdullayev) - Allahsızlar şəhəri🪄 Bu kitab müəllifin 2-ci kitabıdır. Kitabda bizim daxilimizdə olan insani keyfiyyətlər əks edilmişdir. Ölüm dükanına insanı pis yola çəkənlər başçılıq edir ki, burada Ölüm, Şeytan, Xəyanət aiddir. Onlarla mübazirəyə isə Həqiqət qoşulur, Ağılı, gücü tapıb onlarla birlikdə insanı düz yola çəkməyə çalışırlar. Hər zamankı kimi Şeytan onlarla mane olmağa çalışır. Bizim həyatımızda belədir, pis vərdişlərə aludə oluruq, özümüzü düşünmədən, insanlar intihar edir. Axı niyə? Buna biz vadar edirik onları, həqiqətləri açıb göstəmədiyimiz üçün, susduğumuz üçün neçə-neçə insanlar bunu çıxış yolu bilir. Kitabda da çox gözəl ifadə olunmuşdur. Hər kəs bir birinə xəyanət edir. Niyə? Şər-böhtanla cəmiyyətimizi çirkləndiririk. Bu kitabda isə hər biri ayrı ayrılıqda izah olunmuşdur. İnsanları düz yola çəkmək üçün yazılan bu kitaba görə @uraqan_abdullayev təşəkkür edirəm! Belə insanlar çox olmalıdır ki, həyatımız, insanlarımız daha gözəl olsun Oxuyun, oxutdurun!
Allahsızlar Şəhəri
Allahsızlar ŞəhəriUraqan · Xan Nəşriyyatı · 2020114 okunma
Reklam
455 syf.
5/10 puan verdi
·
Beğendi
·
16 günde okudu
Bismillah.
Min Möhtəşəm Günəş
Min Möhtəşəm Günəş
Khaled Hosseini
Khaled Hosseini
Deməəək. Kitab Əfqanıstanlı Məryəm və Leyla adlı iki qızın(qadının) həyatını, ümumiyyətlə,Əfqan xalqının, xüsusilə, qadınlarının çəkdiyi zülmləri ələ alır. Məryəm çətin bir yaşamdan sonra həyatının irələyən dönəmində Leyla ilə tanış olur.Məryəm doğulduğunda istənməyən uşaq,Leyla isə evinin tək qız uşağı və sevinci
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013101,7bin okunma
182 syf.
·
Puan vermedi
·
Beğendi
·
3 günde okudu
Şövqlə gələcək uğura inanmaq,dayanmadan,intizamlı bir şəkildə çalışmaq
Məncə hər kəsin sevə biləcəyi bir kitabdır.Bu kitab bizim əslində nələrə qadir olduğumuzu, insanı uğurlu edən nədir?sualına cavab tapacağımız,içimizdəki kəşf olunmağı həsrətliklə gözləyən bizi, və ən əsası zamanın nə qədər qiymətli olduğunu çox gözəl şəkildə izah edir.Xoş mütaliəyər....
Rövşen Abdullaoğlu
Rövşen Abdullaoğlu
Hər Bir İnsan Hökmdardır
Hər Bir İnsan Hökmdardır
Hər Bir İnsan Hökmdardır
Hər Bir İnsan HökmdardırRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 202167 okunma
352 syf.
·
Puan vermedi
·
14 günde okudu
Kitabı oxuyandan sonra ətrafı saatlarla sakitcə izləmək , bu halı həmcinin yeraltından notlar' ı oxuduqdan sonra da yaşamışdım, lakin orada hisslərin ağırlığı, burada partiyanın prollara baxışı ağır idi ,oxuduğca anladım ki , kitabda izah edilən prollar biz idik.. kitab axıcı olmasa da insanı son ana qədər marağda saxlayır . Əsərdə baş rolun həqiqətən öz sistemlərinə qəlbən nifrət edməsi cox gözəl təsvir edilib. Bu kitab əslində gündəlik hayatımızı və gelecekdeki insanlara qarşı olan təhdidləri göstərirdi. İki vur ikinin bəzən 4 edmədiyini də hətta "3 və ya 5" etdiyini də bu kitabda öyrənmiş oldum ,kitabda deyildiyi kimi yeganə həqiqət partiyadır ...
1984
1984George Orwell · Can Yayınları · 2023167,7bin okunma
320 syf.
10/10 puan verdi
·
Beğendi
·
19 günde okudu
Bəzi kitabların oxuma zamanı vardır, bəzi yolların başında oxunulmalı olanlar. Bu kitab isə elədir ki, heç vaxt bu kitaba gec qalınmaz, yeniyetməykən də oxuyanda çox şey öyrənmək olar, gənclik illərində də, evlilikdən öncə də, övlad dünyaya gətirəndə də, onu böyüdəndə də, bəlkə, 60 yaşında olanda da. Əsas olan özümüzü, bizi kəşf etməyə maraqlı olduğumuz zamana təsadüf etsin. Doğan Cüceloğlu hər şeyi öz ifadəsi ilə desəm - "sevgi dili" ilə izah edir ki, ən sərt sərhədləri olan insanlara da təsir edə biləcəyini düşünürəm. Bir az xəritə kimi bir kitab idi mənim üçün. Əlavə olaraq, kitabın sonunda film, kitab, hətta musiqi tövsiyələri var, hər tərəfi ilə çox gözəl idi️️..
Var mısın?
Var mısın?Doğan Cüceloğlu · Kronik Kitap Yayınları · 202127,6bin okunma
Reklam
116 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.