Bəzi yazarlar vardır onların təqdimata ehtiyacı yoxdur.
Dostoyevski də təbii ki bu siyahıda ilklərdəndir.
Dostoyevski'nin ölmədən əvvəl yazdığı son əsəridir bu kitab..
1025 səhifəlik əsərə fikir yazmaq çətin olsa da , heç bir fikir yazmamaq da haqsızlıq olar deyə düşünürəm..
Əsərdə ata Fyodor Pavloviç Karamazov ve iki fərqli qadından dünyaya gələn üç oğuldan bəhs edilir. İlk oğul Dimitri Fyodoroviç Karamazov birinci, İkinci oğul İvan Karamazov ve Alyoşo Karamazov ikinci yoldaşından dünyaya gəlmişdir.
Uşaqları ilə heç marağlanmayan, sevməyən bir ata və xidmətçilərin əlində böyüyən, özlərini böyütməyə çalışıb həyatda yer qazanmağa çalışan uşaqlar..Karamazovlar...
Sevgini, Tanrını axtaran, həmçinin özlərini axtaran, axtararkən də həm özlərinə həm də ətraflarına zərər verən, həyata tutunmağa çalışan üç qardaş..
Əsərdə Tanrı qavramı, günahkarlıq psixologiyası, fəlsəfə, ədəbiyyat ,qısqanclıq kimi mövzulara dərindən toxunulub..