1919 cu ildə əhalinin cahilliyi və savadsızlığı tənqid olunan əsər. əsərdəki favori qəhrəmanım kefli isgəndər, şeyx nəsrullahın ölülləri diriltmə oyununa inanmır və onun bu əməlini ortalığa çıxarır. şeyx nəsrullah ayrı vaxtı dindən imandan dəm vuran "molla" idi, bəs indi nəyçün insanları aldadır, fırıldaqçılıq edirdi?
yaxşı bu bir kənara, xalqımızın insanları da cahillikdə o qədər üst leveldədilər və eyni zamanda şeyx nəsrullaha o qədər inanırlar ki, hamısı öz qohum əqrabasının siyahısını tutur və şeyxə müraciət edirlər. hələ bu kifayət deyil imiş kimidə, öz qızlarını ona övrət olmasını təklif edirlər. guya həmin qizlar o zaman cənnətə düşəcəklər. əsərin sonu da hər şeyin ifşa olması ilə başa çatır.
ancaq hələ də, aramızda bunun kimi bir çox xurafata, mövhumatlara inanlar var. hətta sayları çoxdur. inanlardan əlavə bir çox yollarla, əsasda şeyx nəsrullah kimi din yolu ilə inandıran fırıldaqçılarda var, çünki nədə olsa din insanları yönləndirmək və beynini yumaqda ən effektiv yoldur...