İkinci kursda Tolstoy və Dostoyevski kimi iki dünhanı bir həftəyə oxumağın mümkün olmadığı üçün sadəcə məzmunu ilə kifayətlənib, sona qədər oxuya bilmədiyim kitabı iki il sonra bitirə bildim. "Niyə daha əvvəllər oxumamışam?" Sualı oxuduğum müddətdə ağlımdan dəfələrlə keçirdiyim sual oldu. Hər iki tərcümədən baxmaqla isə aradakı müəyyən fərqi sezib daha yaxşısından mütaliə etməyə seçim yaratdı. Psixoloji faktlar, üzərindən iki əsrə yaxın bir müddət keçməsinə baxmayaraq sanki müasir zamanda yazılıbmış kimi canlı qalması, bir insanın iztirabının, hisslərinin bütün çılpaqlığı ilə təsvirlər olduqca heyranedici idi. Əsərin məzmununu bilməyən oxuyucu tapılmaz, lakin məsələ süjetin arxasınca düşüb, baş qəhrəmanının nə edəcəyini gözləmək deyildi, baş qəhrəmanı hisslərinin izləyicisi kimi çıxış edərək, hadisələrin dönüş nöqtələrini böyük bir həyəcanla izləməsi ana plandadır.
Olduqca maraqlı, oxunaqlı, aydın və təsiri böyük olan bit kitab kimi hər kəsə tövsiyə edirəm.
Və sonda kitaba vaxtımın bu qədər az olduğu müddətdə şans verməyimin əsas səbəbi olan şagirdimə təşəkkür edirəm.