1984-cü ildə bu romanını yazan Orwell, nə qədər o zamandan danışsa da, kitabda bu günümüzdən izlər var. Kitab sanki bizə gələcəkdə yaşayacağımız kabus kimi həyatın trailer-ni göstərir.
Qısacası üsyanın, azadlıq istəyinin, hətta duyğuların yox edildiyi bir roman idi. Hər şey səhv və günahdır. Çox danışmaq, çox söz istifadə etmək-cinayətdir. Başlıca gücləri sevməmək- cinayətdir. Onlara boyun əyməmək- cinayətdir. Hər an izlənirsən. Hər yerdən səni izləyirlər. Bu dünyadan qaçış yoxdur, ağzından çıxan ən xırda səhv söz belə sənin sonunu gətirə bilər. Amma, cinayətlərin, günahların ən təməli- Düşüncesuçu deyə adlandırılır romanda. Ən ağır cinayət budur, bunu etsəniz, yox olarsınız. Bunu edərsəniz, gələcəkdən, keçmişdən və günümüzdən silinərsiniz. Belə ki, düşünmək yasaq olduğu üçün, "düşüncə" deyə bir ifadə də məhv olub.
1984 bu janrda oxuduğum ilk və tək kitab idi, bundan sonra yazıçının "Hayvan çiftliği" romanını da oxumağı planlayıram. Hər əsərində yazıçı öz dövrünə xitab etsə də, əslində hər əsrə uyğun qorxunc kadrlar yerləşdirib kitablarına. Bu da onun kitablarını belə məşhur və qalıcı edən səbəblərin ən başlıcasıdır, fikrimcə.
Distopiya janrıyla tanışlıq üçün mükəmməl roman idi, hər kəsə tövsiyə edirəm!