nazrinkitab

nazrinkitab
@dysaniia_
Burası bir gün ölen kızın günlüğü olarak kalacak
Yazar
Şagird
Azərbaycan
Dünya, 8 Nisan 2007
6 okur puanı
Ocak 2021 tarihinde katıldı
8/10
·392 syf.··
Beğendi
·
2022 1. kitabı
Elxan Elatlıdan oxuduğum ilk kitab deyildi,amma son da olmayacaq.Kitab səfil,heç kəsin,sözün əsl mənasında insan yerinə qoymadığı bir insanın, nazir Rəfizadə tərəfindən yüksək vəzifəyə təyin edilməsi ilə,onun psixologiyasında baş verənləri bizə çatdırır.Həmçinin Rəfizadənin bu eksperimentin qurbanı olmasını.. Kitab oxucunu maraqda buraxır,özünü oxutdurur.Sadəcə son bölümlərdə biraz sıxıcı olmağa başladı.Yenə də,mənə nəsə qatdığını hiss etdiyim kitablardan oldu.Yazıçının oxuduğum digər kitablarının yanında,biraz sönük qalmışdı mənə görə.Çünki hadisələr çox sürətlə baş verirdi.Yenə də,verdiyi mesaj gözəl idi.İnsanın xarici görünüşü nə qədər dəyişilsə də,içi olduğu kimi qalır.. Digər verdiyi mesaj isə,hakimiyyətə nifrət edən bir insanın əlinə hakimiyyəti versək,çox pis nəticələr doğura bilər.Eynilə,bunun sadə bir eksperiment olduğunu düşünən,Rəfizadənin öz ekperimentinin qurbanı olduğu kimi.. EksperimentEksperiment Elhan ElatlıElhan Elatlı
Roman
EksperimentElhan Elatlı · Teas Press Publishing · 2018408 okunma
Samirə Abbasova isimli okura yanıt verildi
nazrinkitab
Detektiv deyildi əzizim,ona görə də heç biri yox idi.
Reklam
10/10
·464 syf.··
Beğendi
·
2022 23. kitabı
·
5 günde okudu
·
Okunma: 16 Mart 2022 21:20
Bu kitabı ən yaxın dostlarımdan biri @kuzey_yildizim ilə birlikdə oxudum. Kitaba başlamazdan əvvəl bəyənməyəcəyimi düşünürdüm. Amma çox bəyəndim. Kitab özünü sevdirən kitabdı. Seriya kimidi. 2 kitabdı. Digərini isə apreldə ya da mart ayının sonu oxumaq istəyirəm. Kitabın mövzusu. Əsas obrazın adı Serçe Sevinçdir. Serce müştəri xidmətlərində işləyir. Yəni hər hansı bir məhsulun satılması, dəyişilməsi, geri qaytarılması və s. məşğul olur. Hər hansı bir müştəri zəng vurur və ona ya da başqalarına qoşurlar. O da həll edir. Zəngin sonunda müştərilər ona xal verir. Xal 1- dən 10 - a qədər idi. İşçilər arasında rəqabət də var idi, kim daha yüksəkdə olursa, qazancları artırdı. Serçe öz işində çox yaxşı idi. Ancaq bir gün zəngə onun həyatını gələcəkdə dəyişdirəcək Ceyhun qoşulur. Ceyhun zarafat məqsədi ilə zəng vurmuşdu əslində. Ancaq sonra elə şey edir, ondan sonra davamlı olaraq bir şərtlə müştəri xidmətlərinə zəng vurur və neçə dəfə zəng vurur ki, Serçe ilə danışsın. Serçenin ən sevdiyim xüsusiyyətlərdən biri əzmkar, özünü qorumağı bacaran qadın olması idi. Kitabın digər sevdiyim tərəfi isə gülməli olması idi. Əgər rahat, axıcı kitab oxumaq istəyirsinizsə, bu kitabı oxuya bilərsəniz.
Edebiyat
Operatöre Bağlanıyorsunuz - 1K. Kübra Berk · Ephesus Yayınları · 20215,2bin okunma
nazrinkitab
Əla💛
8/10
·168 syf.··
2022 5. kitabı
·
41 günde okudu
·
Okunma: 16 Mart 2022 00:00
Franzın ən sevdiyi bacısı olan Ottla'ya 1910cu ildən, öldüyü 1924cü ilə qədər yazdığı məktubların toplusu olan səmimiyyət qoxan bir kitab. Kafkanın ən az bir kitabını oxumuş birisi belə onun depressif , melanxolik, öz güvəni aşağı və həyata, insanlara çox küskün birisi olduğu nəticəsini çıxara bilər. Yəni ən azından mən bu nəticələri çıxarırdım. Lakin məktublar yazarların yazdıqları əsərlərə bənzəməz, onların iç dünyasını mümkün qədər səmimiyətiylə çatdırar bizə, çünki beynində nəzərdə tutduğu oxuyucu kütləsi olmadan sevdiklərinə yazdığı məktublar əlbəttə fərqli olur. Gündəlik danışıqlardan ibarət olan bu məktublar oxuyarkən mənə o qədər böyük həzz verdi ki, kitaba qiymətləndirməm 10 baldır amma oxumaq istəyən insanlarda önyarğı yaratmasın deyə 8 bal qeyd etdim. Çox yaza biləcəyim bir şey yoxdur, sadəcə Franz bu yazımı oxuya bilsəydi ona bircə şey demək istəyərdim. Bacına qarşı bəslədiyin sevgi, atana qarşı bəslədiyin küskünlük və həyatının son illərində xəstəliklərdən çəkdiyin əziyətlərinlə birlikdə səni qucaqlamaq, ölmədən öncə sənin məktub yoldaşın olmağı arzu edərdim. Narin qəlbinlə bu dünyadan keçdiyin üçün minnətdaram. Not: kitabı uzun müddətdə oxuma səbəbim əsla kitabın maraqsız olması və ya axıcı olmaması ilə bağlı deyil, sadəcə mən zaman tapa bilmirdim.
1000Kitap
Ottla'ya ve Aileye MektuplarFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 20251,176 okunma
nazrinkitab
Siyahıma əlavə etdim,təşəkkürlər :)