1975-ci ildə Klivlenddə bir mağazaya 3 oğru basqın edir və sahibi Harold Franks öldürülür. Hadisənin yeganə şahidi isə məktəbli Eddi Vernon sayılır.
12 yaşlı Eddinin ifadəsi ilə adam öldürməkdə ittiham olunan Rikki Ceksona əvvəlcə edam cəzası verilir, 1978-ci ildə isə qərar dəyişdirilərək ömürlük azadlıqdan məhrum etmə ilə əvəzlənir.
2014-cü ildə 51 yaşı olan Eddi yalan ifadə verdiyini, hadisənin şahidi olmadığını, polislərin təkidi ilə ifadə verdiyini etiraf edir.
Beləliklə, ömrünün 39 ilini günahsız yerə zindanda keçirən Rikki Cekson azad olunur.
Foto məhkəmə prossesində hakimin Ceksona günahsız olduğunu və azadlığa buraxıldığını elan etdiyi an çəkilib.