İkinci dünya müharibəsinin insanlara törətdiyi çətinlikləri , hansı psixoloji vəziyyətə düşə biləcəyini yazır. Həmin müharibə bir gün bitir. Bir tərəf zəfər çalır, digər tərəf məğlubiyyətə uğrayır. Lakin ondan sonra heç nə əvvəlki kimi olmur. Müharibənin insanlara verdiyi psixoloji zərərlərdən bəhs edir əsər. Obrazın özünün beynindəki iç savaşı , bəzən ağ, bəzən qara olmaq məcburiyyətində olması, ağın zəfərinə sevinərkən , qaranın məğlubiyyətinə üzülməsi eyni anda mümkünmüdür? Əgər ağ və qara tərəf hər ikisi sənsənsə, mümkündür, əlbəttə. Əsəri o qədər həyəcanla oxudum ki, ciddən. Və bir an özümü obrazın yerinə qoydum. Mən bir otaqda tək masa, yataqla günlərlə , həftələrlə qala bilərdimmi? Zamanı bilməməkçün saatım olmasaydı, yazmamaqçün qələmim olmasaydı, biləklərimi kəsməməkçün bıçağım olmasaydı, siqaret çəkən biri olsaydım və özümü rahatlatmaqçün siqaretim olmasaydı mən nə edərdim, hansı vəziyyətə düşərdim orada? Bəs siz heçliyə məhkum olsaydınız nə baş verərdi sizə, heç düşündünüzmü? Mən düşündüm bu əsərdən sonra. Əsərin mənə bu qədər çox şeyi düşündürməsi Stefana heyranlığımı bir daha qat-qat artırdı. Təşəkkürlər, Stefan, bizə belə əsərlər bəxş etdiyinçün.