Sonra da ki, bilirsən...sonraları olmur heç,
nə ömürün,
nə günün, nə də gözləməklərin.
Amma ki, sən hər gecə xəyalının küncündə
nə vaxtsa gülümsəyən umudlar böyüdürsən.
Heç özün də bilmədən,
özün də anlamadan-
umudların yerinə buludlar böyüdürsən.
Böyüdürsən beləcə həsrəti, ayrılığı...
gözlərinin kökündə illənir xatirələr,
göllənir