Elcin Aziz

Elcin Aziz
@elcinaziz
asger heyatindan behs eden kitaplar okuyurum... gelecekde nesib olursa bu movzuda filimler cekmek amaciyla
Flim yonetmeni
yuksek
Baku
Quba
12 okur puanı
Kasım 2015 tarihinde katıldı
"..... Daha heç nə düşünmürdü, gedirdi üzü Günbatanda doğan Günəşə tərəf gedirdi... Sanki, kimsə onu gəzdirirdi; bura Ağdərədi, bura Kəlbəcərdi, bura Laçındı, bura Göyçədi, bura Borçalıdı,bura Dərbənddi, bura İrəvandı, bura Zəngəzurdu, bura Təbrizdi, bura Füzulidi, bura Zəngilandı, bura Qubadlıdı, bura Cəbrayıldı, bura Xocavənddi, bura Ağdamdı, bura Xocalıdı, bura Xankəndidi, bura Şuşadı- Qaladı eee, Qala- bura Qarabağdı- bura dünyanın mərkəzidi, bura bəşəriyyətin beşiyidi, bura Adəmin vətənidi, bura Azərbaycandı, bu torpaqlar türk oğluna Uca Tanrının ərmağanıdı, bu torpaq Adəmin yoğrulduğu torpaqdı, bu torpağın uğrunda Şəhid olmaq hər kəsə nəsib olmur... O, quş kimi idi, sərhəd tanımırdı. Elə bil, bir az əvvəl bir səkinin əlində aciz qalan adam deyildi. Üzü Günbatanda doğan Günəşə doğru gedirdi. Birdən dayandı mən hara gedirəm belə, bəs bu mənə deyilənləri necə çatdırım Vətən oğullarına, düşüncəsi ilə uçdu göylərə... İndi, Günbatanda bir ulduz parlayır, elə parlayır, elə parlayır ki, sanki, gəl, gəl, bu tərəfə gəl, buralar səni gözləyir deyir..."
Sayfa 24 - Kitap - http://kitabxana.net/files/books/file/1430716832.pdf·Kitabı okudu
Elcin Aziz
mükkemmel......
Reklam
"İstəyirdi ki, illərdi mərd ogulların nəşinə təşnə qalan, şərəfsiz düşmən əsarətində inləyən VƏTƏN TORPAĞINA yetirsin özünü... Ayağı səkiyə ilişdi, yıxılmadı səndələdi bir az... Yavaşca sağ dizi üstə çöküb, sag böyrü üstə uzandı- sol yaman incidirdi- sağ əlini torpağa tərəf uzatdı, başını qaldırıb, həsrətlə baxdı burnunun ucundakı torpağa; İlahi hələ çoxmu öz torpağımızda həsrətlə baxacayıq öz torpağımıza-dedi və başını qolunun üzərinə qoydu. Hiss etdi ki, iradəsini itirir, istədi gözlərini yumsun, ancaq göz qapaqları sözünə baxmadı. İstədi sol əlini qaldırıb, gözlərini yumsun. Qolunu bir az qaldırdı, ancaq axıra qədər qalxmadı yanına düşdü. Göy üzünə baxa-baxa kelmeyi-şəhadət gətirdi. Daha heç nə düşünmürdü, gedirdi üzü Günbatanda doğan Günəşə tərəf gedirdi... " -
Sayfa 28 - kitap·Kitabı okudu
Elcin Aziz
hemişə bu yeri okuyanda göz yaşlarıma hakim ola bilmirəm... san ki bunlar hamısı gözümün önündə baş verir.......
"Buludları Ayın üzərinə örtük kimi çəkməsini, dualarının qəbul olunması kimi düşündü Seyid. Bir andaca hər yan zülmət qaranlığa qərq oldu. Bununla Uca Tanrı Seyidin yolunu açır, bu işə öz razılığın bildirirdi.Seyid dərə aşağı elə gedirdi ki, elə bil, uşaq vaxtı məktəbə gedib-gəldiyi yolla addımlayırdı. Bu yerlərin hər iki tərəfdən də dəfələrlə minalandığın bilsə də, sanki, indi yadından çıxmışdı. Futbol meydançasında top qovan kimi, qovurdu kol-kosu...."
Sayfa 16 - kitap·Kitabı okudu
Elcin Aziz
möhtəşəm....