Elvin Yusif

Elvin Yusif
@elvinyusiff
Dərin köklü ağaclar küləkdən qorxmaz. Cicero
Puan vermedi·144 syf.··
2025 22. kitabı
Sizif (Sisyphus) bir kraldır.O, yunan tanrılarına qarşı işlədiyi günaha görə tanrılar tərəfindən cəzalandırılır və cəzası bir qayanı dağın təpəsinə qaldırmaqdır.Qaldırdığı zaman bu məhkumluqdan azad ola bilər.Lakin,hər dəfə təpəyə çatana yaxın daş sürüşüb aşağı yuvarlanır.Beləcə bu cəza sonsuzadək davam edir.Buna baxmayaraq Sizif bir gün qayanı təpəyə qaldıracağına əmindir və bezmədən bu fəaliyyəti davam etdirir. Sizif bir baxıma xoşbəxtdir çünki belə desək iplər onun öz əlindədir.Ölmək və ya sağ qalmaq iradəsi onun özünə məxsusdur.Eyni zamanda onun həyatının bir məqsədi vardır,bir mənası vardır. Albert Camus bu əsərində Sizif mövzusuna və digər bir çox mövzuya toxunur,bununlada insanın yaşam mübarizəsini, intiharın mənasızlığını və.s kimi bir çox mövzunu nəzərimizə çatdırır. Camusun Absürd insanı yaşamın mənasızlığının fərqindədir.Lakin, o ölümü deyil bu mənasızlığı dərk edərək yaşamağı üstün tutur.Vacib olan sağalmaq deyil,xəstəliklə birgə yaşamağı öyrənməkdir))
1000Kitap
Sizif Haqqında MifAlbert Camus · Qanun Nəşriyyatı · 202011,3bin okunma
Reklam
Şedevr
10/10
·488 syf.··
Beğendi
·
2025 21. kitabı
·
7 günde okudu
·
Okunma: 14 Şubat 2025 08:30
65 il ərzində yazılmış bir şah əsər... Mümkünsüz kimi görünür, amma Goethe bunu bacardı. Faust üzərində işləməyə 18 yaşında başladı və təxminən 80 yaşında tamamladı. Bu, təkcə bir əsər deyil, insanın bilik, həqiqət və müdriklik axtarışının simvoludur. Əsərin qəhrəmanı Faust, həyatın sirrini öyrənmək üçün ruhunu Mefistofelə satır. Amma bu, sadəcə bir müqavilə deyil – insanın əbədi narazılığı və sonsuz istəklərinin təcəssümüdür. Goethe bu əsərdə bütövlükdə insanın daxili mübarizəsini, arzularını və xilasa olan ümidini təsvir edib.Oxuyarkən sanki hər kəs öz içindəki Faustla qarşılaşır – bilik üçün yanıb alışan, amma əbədi razılığa çata bilməyən o insanla. "Sənət uzun,ömrümüz qısa..."
1000Kitap
FaustJohann Wolfgang Von Goethe · Türkiye İş Bankası Kültür Yayınları · 202516,8bin okunma
Puan vermedi·158 syf.··
2025 19. kitabı
·
6 günde okudu
·
Okunma: 10 Şubat 2025 03:57
Yenə Bulgakov və yenə gözəl bir əsər.Əsasən tibb sahəsində təhsil alanlara bu kitabı tövsiyə görürəm,bundan əlavə isə hər kəsə tövsiyə görürəm.İçərisində tibbi terminlər elə çox deyil,çox oxunaqlı və maraqlıdır.Oxuduğu zaman adam sanki kitabın bir obrazına çevrilir.Bulgakovun təsvirləri və yazıçılığı sayəsində kitabda baş verən hadisələr və baş obrazın keçirdiyi hiss,həyəcanı oxucu özü də hiss edir. Eyni zamanda kitabdan çıxarılacaq dərslərdə olduqca çoxdur.Savadsızlığın cəmiyyətdə necə fəsadlara yol açdığını aydınca müşahidə edirik. Kitabı oxuduqca bir çox xəstəliklər haqqında,həmin tarixi dövr haqqında,şərait və imkanlar haqqında məlumat sahibi oluruq.
1000Kitap
Genç Bir Doktorun AnılarıMihail Bulgakov · Türkiye İş Bankası Kültür Yayınları · 202331,9bin okunma
Puan vermedi·210 syf.··
2025 18. kitabı
·
4 günde okudu
·
Okunma: 07 Şubat 2025 21:26
Öncəliklə qeyd etmək istəyirəm ki, bu kitabı hər kəsə tövsiyə edirəm. Oxumaqdan böyük zövq aldım, dili sadə və axıcıdır. İndi isə kitab haqqında ümumi məlumat və çıxardığım nəticələrdən danışmaq istəyirəm. "Yaşamak" kitabının baş qəhrəmanı Fuquidir. Hadisələr onun dilindən nəql edilir. O, uşaqlıqdan başlayaraq həyatının bütün mərhələlərini danışır. Məşhur bir ifadə var: "Kitab oxumayan sadəcə bir həyatı, kitab oxuyan isə minlərlə həyatı yaşayır." Bu kitab tam olaraq bu fikri təsdiqləyir. Oxuduqca Fuquinin həyatının hər anına şahid oluruq – onun etdiyi səhvləri, yaşadığı çətinlikləri, sevinc və kədərlərini sanki özümüz də hiss edirik. Bu, bizə əvəzsiz bir təcrübə qazandırır. Məni ən çox təsirləndirən məqam isə Fuquinin və ailəsinin xoşbəxtliyi maddi zənginlikdə deyil, mənəvi dəyərlərdə tapması oldu. Bu kitab insana həyatın nə qədər ötəri olduğunu və xoşbəxtliyin sadə anlarda gizləndiyini göstərir. Bəzən bir neçə xoşbəxt an, bütün maddi nemətlərdən daha dəyərlidir. Kitabı oxuyarkən oradakı insanların həyatlarını öz həyatınızla müqayisə edin və sahib olduqlarınız üçün minnətdar olmağı unutmayın.
1000Kitap
YaşamakYu Hua · Jaguar Kitap · 202670bin okunma
Puan vermedi·520 syf.··
2025 15. kitabı
·
7 günde okudu
·
Okunma: 03 Şubat 2025 20:48
Elena Bulqakovanın Xatirələrindən: "Çox vaxt yatağının yanında oturardım. Baxışları ilə nə istədiyini mənə söyləyərdi. 'Ağrıkəsici mi? Su mu?' – deyə soruşardım. Əksər hallarda bunları yenidən soruşurdum: 'Master və Marqaritanı mı istəyirsən?'. Bəli mənasında başını sallayar və sadəcə iki kəlmə söyləyərdi: 'Yetər ki, bilsinlər. Yetər ki...' Master və Marqarita əsəri SSRİ-nin ən sərt dönəmlərindən biri – Stalinin hakimiyyəti illərində yazılmağa başlanmışdır. Mixail Bulqakov bu dövrdə totalitar rejimin, despotizmin nə səviyyəyə çatdığını, onun fəsadlarını və iyrəncliklərini göstərmək üçün bu əsəri qələmə almışdır. Əsərin yazılması 12 il davam etmişdir və Bulqakov bu illər ərzində xəstə olmuş, onu sağalmaz dərdə düçar edən böyrək xəstəliyi ilə mübarizə aparmışdır. O, son bölmələri tamamlaya bilməmiş, əsər ölümündən sonra həyat yoldaşı Elena Bulqakova tərəfindən qeydləri əsasında yekunlaşdırılmışdır. Nəhayət, yazıçının vəfatından illər sonra Master və Marqarita nəşr olunmuşdur. Təəssüf ki, Mixail Bulqakov öz şah əsərini kitab şəklində görmək nəsib olmayan dahilərdən biri oldu...
1000Kitap
Usta ve MargaritaMihail Bulgakov · Türkiye İş Bankası Kültür Yayınları · 202510,1bin okunma