Heç birinin yeməkdən, içməkdən korluğu yox, inişilin buğdası bu ilə qalır. Ancaq di gəl ki, oxumurlar. Birisi əlinə qəzet götürmür ki, görsün dünyada nə var, nə yox. Bax, bu Kərimin qızı bilir, tapşır- mışam, rayona nə kitab gəlsə, əvvəlcə bura göndərirlər. Ancaq nə olsun? Devirəm, ay zalım uşağı, nə vaxtacan dünyadan bixəbər olub qalacağıq? Oxuyun da!