Həmişə də özgələri üçün çalışmışam, özgə fikriylə razılaşmışam, özgə uğuruna şərait yaratmışam. Həyatda kiminləsə görüş təyin elədiyimi unutdura biləcək bir sevincim olubmu? Yaxud ömrümdə verdiyim vədi yaddan çıxara biləcək elə bir maraqlı dəqiqələr yaşamışammı? Yox! Yox! Yox!..
Ailə həyatı qəribə şeydir. Ər-arvad yan-yana uzun illər yaşayır, ancaq çox vaxt bir-birilərinə heç fikir də vermirlər. Elə ki biri xəstələndi, ya başqa xoşagəlməz hadisə oldu, o saat o birisi əl-ayağa düşür, elə canıyananlıq göstərir ki...
Bizim evlərə baxanda nədənsə adamı üşütmə tutur. Mənzillərimiz adamları bir-birindən ayırıb tənhalığa məhkum edən bağlı qəfəslərə bənzəyir. Yenə axşamlar, adamlar evlərinə qayıdıb işıqlar yanan vaxt dərd yarıdı, ancaq gündüzlər, bütün gün uzunu öz miskin fikirlərinlə tək qalıb vaxt keçirmək lap dözülməzdir.